Sizin Reklam Burada

Milli Təhlükəsizlik Xidməti Sarkisyanla bağlı araşdırmaya başladı - Cinayət işi açıla bilər

Milli Təhlükəsizlik Xidməti Sarkisyanla bağlı araşdırmaya başladı - Cinayət işi açıla bilərErmənistanın istefa vermiş prezidenti Armen Sarkisyanın başı qaldadır.

Ermənistan Milli Təhlükəsizlik Xidməti Armen Sarkisyanın prezident seçilməzdən əvvəl Sent Kitts və Nevis ölkəsinin vətəndaşlığına malik olub-olmadığını yoxlayacaq.

Bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Baş Prokurorluq MTN-ə bu iş çərçivəsində “Hetq.am”-ın dünən yaydığı məlumatı yoxlamağı təklif edib.

Baş prokurorun müşaviri Qor Abramyan deyib ki, hələ 2021-ci ilin aprelində Sərkisyanın ikili vətəndaşlıq faktının saxtalaşdırılması ilə bağlı cinayət işi başlandığı nəzərə alınaraq, budəfəki araşdırma Milli Təhlükəsizlik Xidmətinə həvalə olunub.

Adı çəkilən KİV-in yazdığına görə, Armen Sarkisyan prezident seçilənə qədər (2018-ci il) Karib dənizindəki kiçik Sent Kitts və Nevis ölkəsinin vətəndaşlığına malik olub. İddia olunur ki, A.Sarkisyan xarici ölkə vətəndaşlığı daşıdığına onun prezident seçilmək hüququ yox imiş.

Xatırladaq ki, hələ 2021-ci ilin aprelində Sarkisyanın xarici vətəndaşlığının olub-olmaması ilə bağlı iş başlanmışdı. O zaman Sarkisyanın ikili vətəndaşlığa malik olması faktının gizlədilməsi ilə bağlı cinayətə dair 53 hüquqşünas hesabat təqdim etmişdi.

İndi yayılan məlumata görə, Armen Sarkisyan ən azı 10 il (2003-2012-ci illərdə) Britaniya vətəndaşlığına malik olub və 2018-ci ildə Ermənistan qanunlarından yan keçərək, prezident seçilib.

Ölkə Konstitusiyasına görə, seçkilərə qədər altı il Ermənistan vətəndaşı olan şəxs prezident seçilə bilər.

Bir neçə gün öncə - yanvarın 23-də prezident Armen Sarkisyan istefa verib və deyib ki, Konstitusiya ona sistemli daxili və xarici siyasət problemlərinə təsir göstərməyə imkan vermir. Prezidentin sözlərinə görə, ona xarici siyasətə, iqtisadi siyasətə, diasporla münasibətlərə təsir mexanizmlərinin yaradılacağı ilə bağlı vədlər verilib, lakin bu, baş tutmayıb.

Armen Sarkisyanın vətəndaşı olduğu bildirilən Sen-Kits və Nevis həm ərazisinə, həm əhalisinin sayına görə Karib dənizinin ən kiçik dövlətidir. Bu ölkə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçasının rəhbərlik etdiyi Millətlər Birliyinin üzvüdür.

Uzun müddət Böyük Britaniyanın müstəmləkəsi olmuş Sen-Kits və Nevis 1983-cü ildən müstəqil dövlətdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər