Sizin Reklam Burada

Ermənistan müharibədə öldürülmüş hərbçilərinin meyitlərini tanımır

Ermənistan müharibədə öldürülmüş hərbçilərinin meyitlərini tanımırErmənistan 44 günlük müharibədə həlak olan hərbçilərin meyitlərinin şəxsiyyətinin müəyyən edilməsi prosesini başa çatdırıb. Bəzi hərbçilərin meyitlərinin qalıqları elə vəziyyətdədir ki, onların analizi mümkün deyil.

“Report”un məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Anait Avanesyan bildirib.

“Proses başa çatıb. Artıq 7-8 aydır ki, araşdırma üçün növbəmiz yoxdur”, o, bazar ertəsi mətbuat konfransında bildirib.

Nazir təəssüflə qeyd edib ki, digər ölkələrdən daha çox ixtisaslaşmış strukturların cəlb edilməsinə ehtiyac yaranan hallar olub.

“Biz Niderlandda olan həmkarlarımızla işlədik, ora meyitlərdən 100 nümunə göndərdik, artıq cavablar alınıb, (nəticələr) ümumiləşdirilib. Deyə bilərik ki, proses başa çatıb”, - Avanesyan əlavə edib.

Ermənistanın İstintaq Komitəsinin məlumatına görə, ikinci Qarabağ müharibəsi zamanı ölən və itkin düşən hərbçilərin sayı 3 809 nəfərdir. Müharibə vaxtı həmçinin 199 hərbçi itkin düşüb.

Qeyd edək ki, Ermənistan Azərbaycan ərazilərində müharibə vaxtı itkin düşmüş hərbçilərinin axtarışlarını davam etdirir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qalıqları tapılan itkin düşmüş erməni hərbçilərin sayı 1 706 nəfərdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər