KKTC-də keçirilən parlament seçkilərində hakim partiya qalib gəldi
Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) baş naziri və hakim Milli Birlik Partiyasının (UBP) sədri Faiz Sucuoğlu respublika parlamentinə keçirilən növbədənkənar seçkilərdə UBP-nin qalib gəldiyini açıqlayıb.
Sucuoğlunun sözlərinə görə, rəhbərlik etdiyi partiya koalisiya hökuməti qurmağa başlamaq niyyətindədir.
Partiya sədri bildirib ki, yeni hökumət əsas diqqəti ölkədəki iqtisadi vəziyyətin yaxşılaşdırılmasına yönəltməyi planlaşdırır.
MSK-nın məlumatına görə, UBP 39,82% səs toplayıb. Bülletenlərin 70,64%-i sayılıb.
İkinci yerdə 31,46 faizlə Cümhuriyyət Türk Partiyası (CTP) qərarlaşıb. Xalq Partiyası (HP) və İntibah Partiyası (YDP) müvafiq olaraq 7,67% və 6,95% ilə üçüncü və dördüncü yerdə qərarlaşıb.