Erməni deputat: “Proseslər hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər”
Dərc olunub:
24-01-2022, 06:32
“Hadisələr çox sürətlə inkişaf edir, bu istefa açıq şəkildə geosiyasi kontekst ehtiva edir. Armen Sarkisyan bir neçə gün əvvəl 200 meqavatlıq günəş elektrik stansiyasının tikintisi üçün BƏƏ-dən maliyyə alıb və bunun başlanğıc olduğu bildirilib”.
“Report” xəbər verir ki, bunları Ermənistan parlamenti fraksiyasının deputatı Artur Kazinyan özünün feysbukdakı səhifəsində yazıb.
“Niyə indi, bazar gecəsi..? Bir şey şübhəsizdir - Ermənistanda siyasi reallıqlar dəyişib və sonrakı proseslər hakimiyyətin tamamilə dəyişməsinə gətirib çıxara bilər.
Biz ayıq-sayıq və tədbirli olmalıyıq. Ermənistan dövlətçiliyinin mövcudluğu məsələsi qaldırılıb”, - Kazinyan sosial şəbəkədə yazıb.