Sizin Reklam Burada

Ukraynalı general hücumun başlaya biləcəyi günü açıqlayıb

Ukraynalı general hücumun başlaya biləcəyi günü açıqlayıbDonbasdakı Birləşmiş Qüvvələr Əməliyyatının komandanı, general-leytenant Oleksandr Pavlyuk hesab edir ki, Rusiyanın Ukraynaya hücumu fevralın 20-də başlaya bilər.

O, bu barədə “The Times” qəzetinə müsahibəsində bildirib.

“Rusiya fevralın 20-də, Qış Olimpiya Oyunları başa çatdıqdan sonra hücuma keçə bilər. Bu tarix bizi narahat edir”, - deyə ukraynalı general bildirib. O xatırladıb ki, fevralın 20-si Rusiya-Belarus birgə təlimlərinin son günüdür və Rusiya bu təlimdən bəhanə kimi istifadə edərək, Belarusa çoxlu sayda hərbçi və silah-sursat ötürüb.

Pavlyuk eyni zamanda yeni Ukrayna torpaqlarını ələ keçirmək cəhdinin “çox ağır olacağını” vəd edib. Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı Rusiya qoşunlarının əsas hücum istiqamətini hesablasa, düşmən çox böyük itkilər verəcək və bundan sonra hücum dayandırıla bilər.

Pavlyuk qeyd edib ki, Ukrayna hazırda Rusiyanın təcavüzünü dəf etməyə fəal şəkildə hazırlaşır. Hərbçilərlə birlikdə ölkəni qoruyacaq ərazi müdafiə bölmələri yaradılıb. Söhbət bütün Ukrayna üzrə 100 mindən çox könüllüdən gedir. General hesab edir ki, Kreml ölkənin hərbi və sənaye potensialına maksimum ziyan vurmaq üçün zərbələrini ölkənin cənub-şərqində cəmləşdirəcək, həmçinin onu Qara dənizdən kəsməyə çalışacaq. "Ruslar şərqdə təkcə Donetsk və Luqanskla kifayətlənməyəcək", - Pavlyuk əmindir.

virtualaz.org

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər