Sizin Reklam Burada

Ersin Tatar Azərbaycanla münasibətlərdən danışdı

Ersin Tatar Azərbaycanla münasibətlərdən danışdıQuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar BBN Türk-də yayımlanan "Ceviz Kabuğu" adlı proqrama qatılaraq, gündəmlə bağlı açıqlamalar verib, sualları cavablandırıb.

Avrasiya.net xəbər verir ki, Ersin Tatar BBN Türk-ə verdiyi açıqlamada, “Şərqi Aralıq dənizindəki sərvətlər ortaq sərvətdir. Hüquqlarımızı sona qədər qorumalıyıq”, deyib.

Rum tərəfinin Şərqi Aralıq dənizindəki zənginliyi öz xeyrinə çevirməsinə icazə verməyəcəklərini ifadə edən Tatar, “Bütün bunlar ortaq sərvətdir. Biz haqqımızı sona qədər qorumalıyıq. Bu sərvətlər ədalətli şəkildə paylaşılarsa, həm KKTC, həm də Türkiyə Cümhuriyyəti üçün böyük iqtisadi fayda verəcək” bildirib.

Ersin Tatar həmçinin qeyd edib ki, Şərqi Aralıq dənizinin sərvətlərinin Türkiyə üzərindən Avropa bazarına çıxarılması ən düzgün və məntiqli yoldur.

Prezident Kıbrısda iki ayrı xalqın olduğunu ifadə edərək, "Bundan sonra birlikdə yaşamaq, birləşmək mümkün deyil" deyib. Türk-rum balansının qorunmasının vacibliyinə diqqət çəkən Tatar, "Kıbrısın AB-yə qəbul edilməsinin Türkiyəyə əleyhinə tərəzini əyməkdir", deyərək Annan Planı’na rum tərəfinin "xeyr" deməsinə rəğmən birtərəfli qaydada AB-yə üzv olmağın böyük bir qanunsuzluq olduğunu bildirib. Tatar, “Bizim yeni bir siyasətimiz var ki, yalnız Kıbrısda iki ayrı suveren dövlət suveren bərabərlik əsasında razılığa gəldikdə kompromis ola bilər. Əks halda, illərlə sınanan, lakin nəticəsiz qalan federal çərçivə razılaşması, çoxluğun azlığı idarə edəcəyi və Türkiyə Cümhuriyyətinin Aİ-də olmadığı üçün zamanla Türkiyənin adadan çıxarılmasını nəzərdə tutur. Bütün bunlar danışıqlar protokollarında var”, - deyə o bildirib.

Ersin Tatar türk cümhuriyyətləri, xüsusilə də Azərbaycanla əlaqələrə toxunaraq, KKTC universitetlərində türk cümhuriyyətlərindən, xüsusən də Azərbaycandan çoxlu müəllim və tələbələrin olduğunu, Kıbrıs Türk xalqı ilə Azərbaycan xalqı arasında qarşılıqlı yaxınlaşmanın olduğunu bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər