Özbək diplomat Ukrayna Azərbaycanlıları Radasının qonağı olub
Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Özbəkistan Respublikasının Ukraynadakı səfirliyinin birinci katibi Abdurahmon Mahmudovla görüşüb.
Bu barədə UAR-dan Avrasiya.net-ə bildirilib.
UAR fəaliyyəti barədə özbəkistalı diplomata geniş məlumat verən baş katib türkdilli diasporlar arasında əlaqələrin intensivləşdirilməsinin vacibliyini vurğulayıb. Məmmədov bildirib ki bütün fəaliyyətimizin əsas xəttini fikirdə, sözdə və işdə birlik ideyası təşkil edir.
2500 illik Xiva şəhərinin xatirə tablosunu UAR hədiyə edən Abdurahmon Mahmudov xalqlarımızın möhtəşəm tarixi keçmişindən danışıb. Diplomat vurğulayıb ki illərlə formalaşan tarixi mədəniyyətimizi sevmək, qorumaq, layiqli təmsil və təbliğ etmək diasporumuzun əsas vəzifələri arasında olmalıdır.
Daha sonra Azərbaycan xalqının bütün Türk dünyasını sevindirən möhtəşəm qələbəsindən danışan UAR baş katibi Ceyhun Məmmədov özbək diplomatı erməni vandalizmi əks etdirən fotosərgi ilə tanış edib.