"Məhkəməyə gəlib, öz sözümü deyəcəyəm"
Dərc olunub:
13-01-2022, 01:53
Həbsdə olan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili cümə axşamı günü məhkəmə iclasında iştirak etmək niyyətindədir.
Avrasiya.net xəbər verir ki, bu barədə M,.Saakaşvilinin Feysbuk səhifəsində məlumat paylaşılıb.
“Məhkəməyə gəlib, öz sözümü deyəcəyəm. Ayın 13-ü, saat 13:00-da görüşərik”, - deyə bildirilib.
Qeyd edək ki, bu gün Saakaşvilinin qanunsuz sərhədi keçməsi ilə bağlı iş üzrə Tiflis şəhər məhkəməsində iclas keçiriləcək.