Şirazi Fatimeyi Zəhra (s.ə) məscidinin açılışı münasibətilə Azərbaycan xalqını təbrik edib

Şirazi Fatimeyi Zəhra (s.ə) məscidinin açılışı münasibətilə Azərbaycan xalqını təbrik edibAyətullah Məkarim Şirazi Fatimeyi Zəhra (s.ə) məscidinin açılışı münasibətilə Azərbaycan xalqını təbrik edib.

SalamNews-un xəbərinə görə, məktubda deyilir:

"Allahın adı ilə

Salam və təhiyyətlə

Bu yaxınlarda öyrəndik, Allaha şükürlər olsun ki, Bakıda Həzrəti Fatimə Zəhra (s.ə) adına olan məscid açılıb və orada camaat namazı qılınıb.

Azərbaycan Respublikası şiələrini və xüsusən də o bölgənin alimlərini təbrik edərkən bu məscidin yenidən qurulmasında, başa çatdırılmasında və açılışında əməyi olan Hər bir məsul şəxsə təşəkkür etməyi lazım bildik."