Qazaxıstanda universitet rektorunun oğlu avtomobilində öldürüldü

Qazaxıstanda universitet rektorunun oğlu avtomobilində öldürüldüQazaxıstan Milli Universitetinin rektoru Janseyit Tuymebayevin oğlu Almatıda etiraz aksiyaları zamanı öldürülüb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Qazaxıstan Teleqraf Agentliyi” məlumat yayıb.

Bildirilir ki, gənc öz avtomobilində güllələnib.

“Əl-Farabi” adına Qazax Milli Universiteti rektorun oğlunun güllə yarasından öldüyünü təsdiqləyib”, - deyə məlumatda bildirilir.