Qazaxıstan hökuməti ölkəyə tam nəzarəti bərpa edib
Dərc olunub:
8-01-2022, 07:30
Qazaxıstanda dövlət orqanlarının bütün binaları ölkə hakimiyyətinin nəzarətinə götürülüb. Bu barədə Sputnik Qazaxıstan xəbər verir.
"Hazırda dövlət qurumlarının bütün binaları nəzarətə götürülüb. Patrul polisi ictimai asayişi təmin edir. Döyüş bölmələri normal fəaliyyət göstərir. 102 xidməti fəaliyyət göstərir. Hər gün növbətçilərin pultlarına orta hesabla 1200-dən çox zəng daxil olur”, - agentliyin Telegram-kanalında deyilir.