Sizin Reklam Burada

Paşinyan müharibə anonsu verdi...

Paşinyan müharibə anonsu verdi...Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanı ölkəni vətəndaş müharibəsinə sürükləməkdə ittiham edib.

Axar.az xəbər verir ki, öz tərəfdarları qarşısında çıxışında Sərkisyan Paşinyanı provokasiyada günahlandırıb.

“Bu adam (Nikol Paşinyan – red.) açıq şəkildə deyir ki, əgər 60 faiz səs toplamasam, problem yaranacaq. O, nə istəyir, onu da edir. Siz görürsünüz onun əlində nə var”, - Sərkisyan Paşinyanın əlində çəkiclə çıxış etməsinə işarə edərək deyib.

Sərkisyanın sözlərinə görə, bu çəkicin kim üçün olduğunu müəyyən etmək lazımdır:

“Hər şeyi gördük – müharibədə məğlubiyyəti, minlərlə gəncin ölümünü. Nə qaldı? Yalnız vətəndaş müharibəsi. Qoy bunu da göstərsin”.

Qeyd edək ki, Ermənistanda 20 iyuna təyin edilən seçkilərlə bağlı təbliğat qarşıdurmalar, təhqirlər və ağır ittihamlarla müşayiət olunur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər