Sizin Reklam Burada

ABŞ: Rusiya müttəfiqlərimizə qarşı təcavüzkarlıq etsə, cavab verəcəyik

ABŞ: Rusiya müttəfiqlərimizə qarşı təcavüzkarlıq etsə, cavab verəcəyikBirləşmiş Ştatlar milli maraqlarının müdafiəsi üçün Rusiyaya qarşı hərəkət etməyə məcburdur.

“Report” “Rossiya 24” telekanalına istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşün gedişatında bildirib.

"Əgər Rusiya bizə, şəriklərimizə və müttəfiqlərimizə qarşı təcavüzkarlıq etsə, cavab verəcəyik. Eskalasiya, münaqişəyə nail olmaq üçün yox, maraqlarımızı qorumaq üçün", – Dövlət Departamentinin başçısı vurğulayıb.

Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden "sözü və işi ilə" Amerika tərəfinin Rusiyanın hərəkətlərinə cavab verməyə hazırlığını nümayiş etdirib.

Rusiya Xarici İşlər Nazirliyinin başçısı da öz növbəsində amerikalı həmkarını rəsmi Moskvanın Vaşinqtonla səmimi və qarşılıqlı hörmətə əsaslanan dialoqa hazır olduğuna əmin edib. Onun sözlərinə görə, Rusiya və ABŞ hər iki ölkənin maraqlarına cavab verən sahələrdə, xüsusən də strateji sabitlik sferasında əməkdaşlıq etməlidirlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər