Sizin Reklam Burada

Latviyada Rusiya telekanallarını izləyənlər cərimələnəcək

Latviyada Rusiya telekanallarını izləyənlər cərimələnəcəkFevralın 9-da Rusiyanın 16 telekanalının yayımına qadağa qoyan Latviya hökuməti həmin kanalları izləyən vətəndaşlara cərimə tətbiq edəcək.

Avrasiya.net “Sputnik”ə istinadən xəbər verir ki, bu, kanallara qadağa qoyulmasından sonra atılan ən sərt addımlardan biridir.

Latviya parlamentinin yanvarın sonunda qəbul etdiyi və icazəsiz yayımları izləyənlərə cəza verilməsini nəzərdə tutan qanunun təsir etdiyi kanallar arasında onlarla Rusiya kanalı olduğu bildirilib.

“İnformasiya sahəmizi qoruduq, qoruyuruq və qoruyacağıq”, - Latviya Milli Media Şurasının rəhbəri İvars Abolins qeyd edib.

Latviyalı rəsmilər telekanalların yayımının dayandırılmasını Rusiya kanallarındakı qonaqların nifrəti təşviq etməsi və Avropada müharibə çağırışı etməsi ilə əlaqələndiriblər.

Qeyd edək ki, qatı millətçi mövqeyilə tanınan “Rossiya 1” telekanalının aparıcısı Vladimir Solovyov Latviyada arzuolunmaz şəxs elan edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər