Sizin Reklam Burada

Təcili tapşırıq: İranın hücumuna hazır olun!

Təcili tapşırıq: İranın hücumuna hazır olun!İranın su qaynaqlarımıza ehtimal edilən hücumuna hazır olmalıyıq.

Axar.az xəbər verir ki, bu sözləri İsrailin milli infrastruktur, energetika və su ehtiyatları naziri Yuval Steinitz keçirdiyi iclasda deyib.

İclasda iştirak edən səlahiyyətli nümayəndələr su infrastruktur sistemlərinin kiber hücumlara qarşı hələ də qeyri-kafi olduğunu bildiriblər. Vurğulanıb ki, milli su şirkəti "Mekorot" lazımi texnoloji tədbirləri görüb, nazirlik vəsait də ayırıb, ancaq yerli su idarələri hazırlıq işlərini həyata keçirməyib.

Nazir kiber təhlükəsizliyi və mümkün hücumlara hazırlığı artırmaq üçün təcili addımlar atmağı tapşırıb.

Qeyd edək ki, 2020-ci ilin aprelində İranın ABŞ-ın hakerləri vasitəsi ilə İsrailin təmiz su obyektlərinə kiber hücumlar etdiyi iddia edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər