Sizin Reklam Burada

“Aktiv siyasətdə olacağam, amma daha rəhbər mövqedə olmayacağam”

“Aktiv siyasətdə olacağam, amma daha rəhbər mövqedə olmayacağam”“Heç vaxt böyük siyasətdən getməmişəm. Son 30 ildə böyük siyasətdəyəm. Dövlət sistemindəki yüksək vəzifələrdə xidmətimi başa vurduğuma inanıram. Tamamlandı. Əlbətdə ki, çoxları deyəcək ki, 2015-ci ildə baş nazir olmayacağınızı söylədiniz. Bu başqa bir söhbətin mövzusudur. Ancaq əlimdə olanları deyirəm və heç bir halda Ermənistanda lider mövqedə olmayacağam”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistanın sabiq prezidenti, Azərbaycana qarşı separatçı hərəkatda fəal rolu olan hərbi cani Serj Sərksiyan erməni mediasına müsahibəsində deyib.

O, bəyan edib ki, ciddi bir məmurun məsləhətçisi, müşaviri ola bilərə: “Ancaq bu aktiv siyasətdən getməyim demək deyil. Dediklərim Respublika Partiyasının siyasi sahədəki təsirini itirəcəyi də demək deyil. Əksinə, mən aktiv olacağam və partiya daha aktiv olacaq və kapitulyator (Nikol Paşinyan) olmadan seçkilər olarsa, fəal iştirak edəcəyik”.

Serj Sərkisyan inanır ki, Nikol Paşinyanın yeni seçkilərdən imtina etməsi hələlik hər şey demək deyil: “Buna inanmaq sadəlöhvlük olardı. Əlbəttə, bu son qərar deyil. Bir insan bütün müharibəni saxtalaşdıra bilirsə, yalan danışmağı bacarırsa seçkini saxtalaşdırmağa nə dəyər. Seçkilər müharibədən daha vacib deyilmi? Biz aktiv olacağıq. Ancaq təkrar edirəm, artıq heç bir rəhbər vəzifədə olmayacağam”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər