Sizin Reklam Burada

Araz Ağalarovun qızına qarşı maska fırıldağı – 2,6 milyon dollar itirdi

Araz Ağalarovun qızına qarşı maska fırıldağı – 2,6 milyon dollar itirdiAzərbaycan əsilli rusiyalı iş adamı Araz Ağalarovun qızı maliyyə fırıldağı ilə üzləşib.

Avrasiya.net xəbər verir ki, 400 min ədəd tibbi maska sifariş verən Səbinə Ağalarova bunun üçün 8,6 milyon dollar vəsait ödəyib.

Lakin məbləğ ödənildikdən sonra icraçı şirkətin rəhbəri yoxa çıxır. Xəfiyyə agentliklərindən birinin yardımı ilə Səbinə Ağalarova onu aldadan şəxsi tapır. İvanovo vilayətindən olan Sergey adlı şəxs zərərçəkmişə 6 milyon dolları geri qaytarsa da, qalan 2,6 milyon dolların maskaların hazırlanmasına sərf olunduğunu söyləyir.

Məsələ ilə bağlı məhkəməyə müraciət edən Səbinə Ağalarova onu aldadan şəxsin həbs edilərək azadlıqdan məhrum olunmasını tələb edib. Amma məhkəmə itirilən 2,6 milyon dollar əvəzində, cərimələrlə birlikdə təqsirləndirilən şəxsin Ağalarovaya 3,5 milyon dollar ödəməsi ilə bağlı yekun qərar verib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər