Sizin Reklam Burada

Erməni analarına deyin ki, itkilər daha çoxdur – Rusiyalı ekspert

Erməni analarına deyin ki, itkilər daha çoxdur – Rusiyalı ekspertErmənistan bu illər ərzində əsassız şəkildə status-kvonun dəyişməzliyinə əmin olan və öz ölkəsinin gələcəyini düşünmək zərurəti hiss etməyən nəsillər yetişdirib.

Avrasiya.net xəbər verir ki, bunu Trend-ə rusiyalı ekspert Qalina Niyazova deyib.

O bildirib ki, bu müddət ərzində isə Azərbaycan Silahlı Qüvvələrdə, ölkə iqtisadiyyatında, dövlətin xarici siyasi statusunda islahatlar keçirmək üçün böyük səy göstərib:

“Ermənistan itirilmiş illərini qaytara bilməyəcək. Bu ölkə öz əlində olanları inkişafa və öz gücünü artırmağa yox, özünün dəyəri və qorxusuzluğuna inandırmağa sərf edib”.

Ekspertin sözlərinə görə, son həftələrin təcrübəsi göstərdi ki, Azərbaycanın motivasiyalı və yaxşı təlim keçmiş ordusu daha güclüdür. Ermənistanın siyasi hakimiyyəti bundan sonra bir neçə çətin addım atmalıdır:

“Birincisi, öz əhalisinə etiraf etməlidir ki, Azərbaycan qoşunları həqiqətən də öz ərazilərini azad edir. İkincisi, hələ də nəyə görə döyüşdüklərini anlamayan hərbçi analarına elan etmək lazım olacaq ki, itkilər rəsmi statistikadan daha çoxdur. Bunu əslində ilk gündən etmək lazım idi. İşğal olunmuş ərazilərdə yaşayan dinc sakinlərə başa salmaq lazım idi ki, onların yaşadığı evləri özgələrinindir. Bu evlərin 27 il əvvəl məcburi köçkün olmuş sahibi gələn kimi oranı boşaltmaq lazımdır. Öz xalqını məlumatsızlıqda saxlamaq, dünya ictimaiyyətini aldatmaq beynəlxalq hüquq və şəxsiyyət hüquqlarına hörmətsizlikdir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər