Sizin Reklam Burada

Türkiyənin Samsun şəhərindən Azərbaycana dəstək

Türkiyənin Samsun şəhərindən Azərbaycana dəstək Ermənistanın 27 sentyabr tarixində Azərbaycana qarşı törətdiyi yeni təcavüz aktı və Ermənistan ordusu tərəfindən dinc əhalinin iriçaplı silahlardan atəşə tutulması Türkiyənin bütün bölgələrində böyük qəzəb doğurdu. Eyni zamanda Azərbaycan dövlətinin özünümüdafiə hüququndan istifadə edərək düşmənə qətiyyətli cavab verməsi qardaş ölkədə haqlı mövqe kimi dəyərləndirildi. Ankara, İstanbul, İzmirdən gələn dəstək sırasına bu gün Qara dənizin ən böyük şəhəri olan Samsun da qoşuldu.

Bunu Avrasiya.net-ə Türkiyənin və bölgənin ünlü universitelərindən olan Samsun Ondokuz Mayıs Universitetinin kafedra müdiri professor Azər Qasımsadə bildirib.

Redaksiyamıza təqdim olunan mətbuat aşıqlamasında bildirilir ki, Samsun Milli İradə Platformasının (SAMİR) təşkilatçılığı ilə “Böyük Cami” önündəki meydanda baş tutan izdihamlı tədbirdə Azərbaycanın haqlı mövqeyi müdafiə edilib. Tədbirdə Azərbaycanın haqq işinə dəstək verilmiş, erməni işğalcılarının işğal etdiyi ərazilərdən dərhal geri çəkilməsi, regionun yenidən sülh və sabitliyə qovuşması tələb edilib.

Tədbirin təşkilatçısı Samsun Milli İradə Platforması adından danışan Türkiyə Məmur Sendikatları Konfederasiyasının Samsun şəhər başkanı Ali Sarıalıoğlu bildirib ki, bütün diplomatik əlaqələrin fonunda bir-birlərinə qardaş deyən Türkiyə və Azərbaycan münasibətlərinin böyükluyunu sözlə ifadə etmək mümkün deyil. İki dövlət və bir millət anlamının tarixi dəyəri zaman keçdikcə daha böyük dəyər qazanmaqdadır. Bu dəyər şübhəsiz ki, dini, dili, mədəniyyəti ortaq olan xalqlarımızın qədim tarixinin bu günümüzə ən dəyərli miraslarındandır. 27 sentyabr səhərində Ermənistanın Azərbaycana qarşı yeni təcavüz aktı bütün Türkiyəni, o cümlədən samsunluları hiddətləndirdi və Azərbaycan dövlətinin özünümüdafiə hüququndan istifadə edərək düşmənə layiqli cavab verilməsini qardaşlıq borcumuz kimi dəstəklədik.

Bir yanda tarixi torpaqları işgal edilən qardaş ölkə Azərbaycan, diğər yanda isə işgalci qismində olan bir ölkə - Ermənistan var ikən, bizlər də “Dünya beşdən büyükdür” deyən iradənin arxasında duraraq, haqlı olan Azərbaycanlı qardaşlarimizin yanında olmalıyıq və onlarla ciyin-ciyinə mübarizə etməkdən başqa yolumuz yoxdur. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Bu qətnamələr də təsdiq edir ki, Qarabağ torpağı Azərbaycan torpağıdır. Göründüyü kimi ölkəmizin Azərbaycana verdiyi dəstək sadəcə dövlətlərimiz və xalqlarımız arasındaki qardaşlıq huququ və borcu ilə əlaqədar deyil, eynı zamanda otuz ildir qardaş Azərbaycana edilən ədələtsizliyə göstərilən haqlı bir təpkidir.
Türkiyənin Samsun şəhərindən Azərbaycana dəstək
Samsun Ondokuz Mayıs Üniversitetinde (OMÜ) doktorluq təhsili alan azərbaycanlı Cəmalə İbadbəyli çıxışında bildirdi ki, eyni babanın iki övladı, eyni duyğuların daşıyıcıları olaraq sizlərlə burada bərabər olmaqdan, eyni dualara amin deməkdən cox xoşbəxtəm. Can Azərbaycanın övladlarının qanları torpaqları sulamış, qəhrəman övladlarımız şəhadət şərbəti içmiş ola bilər. Ancaq kədərlənmirik, çünki bu gün 100 il əvvəl Çanaqqalada etdiyimiz kimi Qarabağ torpağı uğrunda mübarizə aparırıq. Ümidsiz deyilik, çünki Azərbaycanın hər bir övladı toya-bayrama gedən kimi Vətənin müdafiəsinə tələsir. Çarəsiz də deyilik, çünki tək deyilik, Türk qardaşlarımızla min illik tarixi yolun yolçularıyıq, bu gün haqq işimizdə verdikləri əvəzsiz dəstəyə görə Azərbaycanımız adından onlara təşəkkür edirəm. Rəbbimdən bütün şəhidlərimizə də rəhmət diləyirəm. Qarabağ bizimdir, Azərbaycanındır, Azərbaycanın da olacaq.

Türkiyə, Azərbaycan bayraqları və “Qarabağ Azərbaycanındır”, “İki Vətən Tək Can, Türkiyə - Azərbaycan” plakatları ilə müşayət edilən tədbir iştirakçıların böyük çoşqusu ilə yekunlaşmışdır. Azərbaycana dəstək aksiyasında Samsun şəhər Valisi Zülküf Dağlı, Samsun Büyükşəhir Bələdiyyə Başkanı Mustafa Demir, Ondokuz Mayıs Üniversitetinin rektörü professor Yavuz Ünal, Samsun şəhər Səhiyyə İdarəsinin müdiri Muhammət Ali Oruç, Türkiyə Məmur Sendikatları Konfederasiyasının Samsun təmsilcisi Hamdi Yıldız, Samsun şəhərində təhsil alan azərbaycanlı tələbələr və çoxsaylı samsunlular iştirak ediblər.
Türkiyənin Samsun şəhərindən Azərbaycana dəstək
Türkiyənin Samsun şəhərindən Azərbaycana dəstək

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər