Minskdə etirazlar başladı: yaralılar var - Video
Dərc olunub:
10-08-2020, 00:51
Belarusun paytaxtı Minskdə “Qələbə” meydanı yaxınlığında müxalif qüvvələr etiraz aksiyası keçirməyə cəhd edib.
Axar.az RİA-a istinadən xəbər verir ki, meydana onlarla insan toplaşıb. Meydan ətrafında həmçinin 15 xüsusi polis maşınının olduğu deyilir.
Məlumata görə, polis aktivistləri saxlamağa başlayıb.
"Sputnik Belarus" isə polisin etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq etdiyini, yaralananların olduğunu yazıb.
***
Minskin mərkəzində etirazçılar zibil qablarından barrikada qurublar. Hazırda polislə toqquşmalar davam edir.
Bundan əlavə, şəhərdə artıq bir neçə saatdır ki, internetin olmadığı deyilir.