Sizin Reklam Burada

“Çoxsaylı qurban verdik” - Tavenyan Tovuz döyüşlərində itkilərini ETİRAF ETDİ

“Çoxsaylı qurban verdik” - Tavenyan Tovuz döyüşlərində itkilərini ETİRAF ETDİTovuz döyüşlərində yüzlərlə canlı qüvvə və hərbi texnika itirən, ağır məğlubiyyətlə üzləşən Ermənistanda hakimiyyətə qarşı daxili narazılıq artıb.

Publika.az xəbər verir ki, erməni politoloq Andranik Tevanyan Paşinyan hakimiyyətinin rüsvayçı siyasəti nəticəsində çoxsaylı qurban verdiklərini açıqlayıb.

Tevanyan sərhəddə baş verən toqquşmaların Paşinyan üçün Tavuş dərsi olduğunu bildirib.

“Nikol Paşinyan anlamalıdır ki, münaqişənin “Ermənistan, Qarabağ və Azərbaycan xalqlarının iştirakı” formatında həlli formulu yoxdur. Beynəlxalq səviyyədə və daxili auditoriyada populizmlə məşğul olması, danışıqlardan imtina etməsi toqquşmlara, qurbanlara və ağır itkilərə səbəb oldu. Siyasət və dövlət idarəsi sadəcə kağız üzərində yazılıb və heç bir daxili həmrəylik yoxdur. Hakimiyyət dövlət maraqlarının əleyhinə olan yanlış siyasətini davam etdirir”, - erməni politoloq deyib.

Tevanyan hazırda Ermənistan üçün təhlükəli vəziyyətin yetişdiyini bildirib.

Qeyd edək ki, Tovuz döyüşlərində erməni hərbi birləşmələrinin yüzlərlə canlı qüvvə və hərbi texnikası məhv edilib. Ermənistan tərəfi itkiləri gizlətməyə çalışsa da, erməni ekspertlər çoxsaylı itkilərin olduğunu deyirlər. Tavenyanın “hakimiyyətin rüsvayçı siyasəti nəticəsində çoxsaylı qurban verdik, itkilər böyükdür” sözləri də bunu təsdiqləyir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər