Sizin Reklam Burada

Tavuşda postlar qurulur: yüzlərlə yaralı var, ermənilər vahimə içində... - FOTO

Tavuşda postlar qurulur: yüzlərlə yaralı var, ermənilər vahimə içində... - FOTOAzərbaycan Ordusunun işğalçı ölkənin hərbi birləşmələrinə endirdiyi ağır zərbələr ermənilərin təşvişinə səbəb olub.

Publika.az xəbər verir ki, Tavuş vilayətindən olan ermənilər evlərini təcili şəkildə tərk edirlər.

Ermənistan mediası yazır ki, Tavuş vilayətinin Berd şəhərinin giriş-çıxışına polis postları qurulub.

Polis əhalinin şəhərdən çıxışına imkan vermir. O cümlədən, bölgəyə giriş də qadağan olunub. Buna səbəb Tavuşda xidmət edən əsgərlərin yaxınlarının əraziyə axışması, eləcə də jurnalist və sosial şəbəkə fəallarının itkiləri öyrənmək üçün bölgəyə gəlməsidir.

“Hetq” saytının müxbirləri bildirir ki, polis onların Tavuş bölgəsinə girişinə imkan vermir. Jurnalistlər Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aharonyana zəng edərək, məsələni öyrənmək istəyiblər.

“Boş yerə getməyin, Müdafiə Nazirliyi mediaya açıqlama verib, orada hər şey qeyd olunub”, Aharonyan bildirib.

Erməni jurnalistlər təcili tibbi yardım maşınlarının Tavuşa sürətlə daxil olduğunu, daha sonra eyni sürətlə çıxdığını yazırlar. Məlumatlara görə, yaralıların bir qismi yaxın ərazilərdəki hospitallara aparılır.

Azərbaycan Ordusunun vurduğu zərbələr nəticəsində yüzlərlə erməni hərbçi məhv olub. Ermənistan tərəfi məhv edilən iki hərbçinin – mayor və kapitan – adını açıqlasa da, ermənilər itkilərin çoxsaylı olduğunu yazırlar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər