"Laçının işğaldan azad edilməsi tarixi ədalətin bərpasını təmin etdi"

Azərbaycanın tarixi yaddaşında xüsusi yer tutan Laçın rayonu həm təbii-coğrafi quruluşu, həm də strateji mövqeyi ilə ölkənin mühüm bölgələrindən biri kimi formalaşıb. Qədim yaşayış məskəni olan bu diyar 1923-cü ildə şəhər statusu alıb, 1930-cu ildən isə inzibati rayon kimi fəaliyyət göstərməyə başlayıb.

Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd, qərbdən isə Ermənistanla həmsərhəddir. Məhz bu geosiyasi mövqe Laçına qısa müddətdə strateji önəm qazandırıb. Ümumi sahəsi 1835 kvadrat kilometr olan rayon 1 şəhər, 1 qəsəbə və 125 kəndi özündə birləşdirir.
Laçının geniş yaylaqları, meşə massivləri, təbii sərvətləri, eləcə də çoxsaylı tarixi-mədəni abidələri bu bölgəni həm iqtisadi, həm də mədəni baxımdan dəyərli edir. Lakin bütün bu zənginliklərinə baxmayaraq, XX əsrin sonlarında Laçın ağır sınaqlarla üz-üzə qaldı.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələrinin Laçını işğal etməsi Azərbaycan tarixinin ən faciəli səhifələrindən birini təşkil edir. Hərbi təcavüz nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qaldı, yüzlərlə insan həlak oldu və itkin düşdü. Sosial obyektlər, təhsil və səhiyyə müəssisələri, sənaye sahələri, mədəniyyət ocaqları dağıdıldı, tarixi abidələr vandalizmə uğradıldı. Laçının işğalı təkcə humanitar fəlakət yaratmadı, həm də düşmənin bölgədə mövqeyini xeyli gücləndirdi. Bunun əsas səbəbi rayonun Ermənistan üçün strateji əhəmiyyət daşıması idi. Ermənistanı Qarabağla birləşdirən əsas yol məhz Laçından keçirdi. Bu yolun nəzarətdən çıxması ermənilərə canlı qüvvəni və hərbi texnikanı maneəsiz şəkildə Qarabağa ötürməyə imkan yaratdı və işğalçılıq planlarının davam etdirilməsinə şərait formalaşdırdı.

Deputat diqqətə çatdırıb ki, 2020-ci ildə Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm Zəfər Laçın üçün də yeni bir dövrün başlanğıcı oldu. 10 noyabrda imzalanan üçtərəfli Bəyanata uyğun olaraq, 1 dekabr 2020-ci ildə Laçın rayonu bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. Ardınca 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndlərinin də nəzarətə götürülməsi ilə ölkəmizin ərazi bütövlüyü tam şəkildə bərpa olundu. Beləliklə, uzun illər davam edən ədalətsizlik aradan qaldırıldı və Laçın üzərində tarixi haqlılığımız yenidən təsdiqləndi.

K.Bayramov vurğulayıb ki, Prezident İlham Əliyevin Laçına ardıcıl səfərləri rayonda aparılan bərpa və quruculuq işlərinin genişliyini, həm də bu prosesin strateji önəmini aydın şəkildə ortaya qoyur. 2021-ci ildən başlayaraq Laçında dövlət bayrağının qaldırılması, hava limanının və əsas infrastrukturların təməlinin qoyulması, enerji və su təminatı üzrə mühüm obyektlərin inşası bölgənin gələcəyinə hesablanan böyük dönüşün əsasını formalaşdırıb. Növbəti illərdə şəhərin Baş planının təqdim olunması, təhsil ocaqlarının, sənaye zonasının, mebel və tikiş fabriklərinin, balıqçılıq təsərrüfatının, otel və istirahət məkanlarının istifadəyə verilməsi Laçının sosial-iqtisadi həyatının sürətlə dirçəlməsinə təkan verib. Kəndlərin bərpası və ailələrin öz yurdlarına qayıdışı isə Böyük Qayıdışın real nəticələrini göstərib. Bu il Laçın Beynəlxalq Hava Limanının açılması, yeni kanat yolunun təməlqoyması və beynəlxalq Zirvə görüşünün keçirilməsi Laçının artıq təkcə ölkə daxilində deyil, həm də regional səviyyədə strateji mərkəzə çevrildiyini təsdiqləyən əsas nüanslardan biri kimi diqqət çəkir.. Bu proses təkcə bölgənin dirçəldilməsi deyil, həm də 30 illik həsrətin real qayıdışa çevrildiyinin göstəricisidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər