Cəbrayılın Horovlu kəndində ağacəkmə aksiyası keçirilib

26 Noyabr 2025-ci il tarixində Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin təşkilati dəstəyi ilə Zəfər Gününün beşinci ildönümü münasibətilə Cəbrayıl rayonunun Horovlu kəndində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və Horovlu kəndinin sakinləri də iştirak ediblər.

Bu layihə çərçivəsində Qarabağ Diçəliş Fondunun maliyyə dəstəyi ilə kəndin park ərazisində ümumilikdə 70 ədəd oleandr, 50 ədəd zeytun, 450 ədəd şərq çinarı, 100 ədəd yapon əzgili, 50 ədəd gavalı, 200 ədəd Eldar şamı, 250 ədəd piramidal sərv olmaqla, ümumilikdə 1170 ağac əkilib.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev bu il oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib, kənddə görülən işlərlə tanış olub. Bu günə qədər Horovlu kəndində artıq 132 ailə olmaqla, 541 nəfərin məskunlaşması təmin olunub.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər