"Azad olunmuş ərazilərdə quruculuq işləri qonşu ölkələr üçün də imkanlar yaradır"

"Azad olunmuş ərazilərdə quruculuq işləri qonşu ölkələr üçün də imkanlar yaradır"Azərbaycanın azad olunmuş torpaqlarında olmaq və aparılan quruculuq işləri ilə tanışlıq imkanımın yaranmasına görə çox şadam.

Avrasiya.net xəbər verir ki, bu barədə diplomatik korpusla Zəngilanda səfərdə olan İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu APA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə quruculuq və bərpa işləri çox sürətlə gedir: “Mən ötən ay da bu bölgədə olmuşam və indi müqayisə edəndə görürəm ki, yeni obyektlər inşa olunaraq istifadəyə verilib”.

Səfirin sözlərinə görə, azad olunmuş ərazilərdə aparılan bərpa işləri onu göstərir ki, regionda nə qədər sülh və əmin-amanlıq olsa, o qədər də iqtisadi sahədə inkişafa nail olunar və xalqların sərbəst yaşayışı üçün imkanlar yaranar.

“Təbii ki, bütün region, o cümlədən qonşu ölkələr də bundan bəhrələnə bilərlər. Ölkələr həm keçmiş əlaqələrini inkişaf etdirə, həm də yeni iş birliklərinə başlaya bilərlər. Azərbaycan xalqını həm torpaqların azad olunması, həm də quruculuq işləri münasibətilə təbrik edirəm”, - Dəmirçilu deyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər