"Azad edilmiş ərazilərdə böyük irəliləyişin olması heyrətamizdir"

"Azad edilmiş ərazilərdə böyük irəliləyişin olması heyrətamizdir"Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolunda aparılan işləri son mərhələdədir.

Bu barədə diplomatik korpusla Zəngilanda səfərdə olan Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç APA-ya açıqlamasında bildirib.

Səfir bildirib ki, bu, onun Şərqi Zəngəzura ilk səfəri deyil: “Artıq yeddi ildir Azərbaycandayam. Əlbəttə ki, bu, mənim Şərqi Zəngəzura ilk səfərim deyil, amma hər dəfə yenidən gələndə böyük bir dəyişikliyin, böyük irəliləyişin olması heyrətamizdir”.

Diplomat Zəngəzur dəhlizindən də danışıb: “Bu dəfə Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolunda aparılan işlərin son mərhələsi ilə tanış oldum. Bu, həqiqətən təsiredicidir. Təbiət çox gözəldir və mən burada yalnız yaxşı gələcək görürəm. Bura artıq müharibə ərazisi deyil. Uzun illərdən sonra yalnız yaxşı gələcək var. Bu, yaxşıdır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər