17 Oktyabr Füzuli şəhəri günüdür

Füzuli şəhərinin azad edildiyi 17 oktyabr tarixi, Azərbaycan xalqının yaddaşına qürur, dirçəliş və milli həmrəylik günü kimi həkk olunub. O gün səngərlərdə döyüşən əsgərin cəsarəti, xalqın duaları və dövlətin iradəsi Vətənin bütövlüyü naminə birləşdi.
Füzulinin azadlığı, illərlə ürəklərdə yaşayan həsrətin sona çatması, ədalətin bərpası idi. Bu zəfər təkcə bir şəhərin deyil, Azərbaycanın mənəvi gücünün və dövlətçilik əzminin təntənəsinə çevrildi.

2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Füzuli şəhərini və rayonun böyük hissəsini düşmən işğalından azad etdi. Bu qələbə 30 ilə yaxın davam edən həsrətin sonu, ədalətin bərpası və tariximizin ən parlaq səhifələrindən biri oldu.

Füzulinin azad edilməsi yalnız hərbi nailiyyət deyildi bu, xalqın öz torpağına olan məhəbbətinin, ədalətə və azadlığa olan sarsılmaz inamının təntənəsi idi. Düşmənin uzun illər ərzində viran qoyduğu şəhər, qəhrəman Azərbaycan əsgərinin addımları ilə yenidən dirçəldi. Hər bir küçə, hər bir xarabalıq o gün sanki yenidən nəfəs aldı. Füzuli torpağına səpələnmiş şəhid qanı bu torpağı müqəddəsləşdirdi, azadlıqla yoğrulmuş bir Vətən parçasına çevirdi.

Füzulinin azad olunması uğrunda döyüşlər Vətən müharibəsinin ən ağır, lakin ən şərəfli mərhələlərindən biri idi. Azərbaycan əsgəri hər qarış torpaq üçün canından keçərək, milli tariximizə yeni qəhrəmanlıq dastanı yazdı. Bu şəhərin azadlığı uğrunda şəhid olanların adları xalqın yaddaşında əbədi yaşayır. Onların ruhu bu gün dirçələn Füzulinin hər daşında, hər binasında, hər tikilən məktəbində, körpüsündə yaşayır.
Müharibədən dərhal sonra dövlət səviyyəsində Füzulinin bərpası və müasir şəhər kimi yenidən qurulması istiqamətində nəhəng layihələr həyata keçirilməyə başlandı.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə Füzuli şəhərinə səfər edərək bərpa və quruculuq işlərinə şəxsən nəzarət etdilər.
Bu gün Füzuli "ağıllı şəhər" və "yaşıl enerji" konsepsiyası əsasında qurulur. Yeni elektrik, su və qaz infrastrukturu, müasir yollar, məktəblər, bağçalar, tibb müəssisələri, mədəniyyət mərkəzləri və yaşayış kompleksləri inşa olunur. Ən önəmlisi isə, 2021-ci ildə açılan Füzuli Beynəlxalq Hava Limanıdır. Bu, Qarabağ regionunu dünyaya birləşdirən ilk hava qapısı və Azərbaycanın bərpa iradəsinin real sübutudur.

Yeni Füzuli artıq təkcə azad edilmiş şəhər deyil quruculuq, inkişaf və müasir Azərbaycan dövlətçiliyinin simvoludur. Füzuli təkcə coğrafi ərazi deyil, həm də Azərbaycan mədəniyyətinin və poeziyasının beşiyidir.
Hər il 17 oktyabrda keçirilən Füzuli Şəhər Günü sadəcə tarixi hadisənin ildönümü deyil, həm də xalqın birliyinin, qürurunun və gələcəyə inamının bayramıdır. Bu gün Füzuliyə qayıdan hər bir insan, orada tikilən hər bina, salınan hər yol Azərbaycanın güclü dövlət, qalib xalq olduğunu dünyaya nümayiş etdirir. Füzuli artıq yalnız bir şəhərin adı deyil, o, Zəfərin, iradənin, dirçəlişin və dövlətin əzəmətinin simvoludur.

Azər Allahverənov
Milli Məclisin deputatı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər