Cəbrayılda erməni vandalizminin izləri silinməkdədir

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsində əldə etdiyimiz böyük zəfərdən beş ilə yaxın bir müddətin keçməsinə baxmayaraq dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı quruculuq işlər həyata keçirilir. Doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın öz evlərinə qayıtmalarını nəzərdə tutan Böyük Qayıdışın reallığa çevrilməsi məqsədilə infrastruktur layihələri uğurla icra edilməkdədir.

Qeyd etməliyik ki, Şanlı Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ilk rayonlardan biri məhz Cəbrayıl rayonu oldu. Hazırda işğaldan azad edilmiş digər ərazilərimiz kimi Cəbrayılın da bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu gün hər kəs müharibədən sonra Qarabağda və eyni zamanda Cəbrayılda başlayan quruculuq işlərini böyük qürur və ruh yüksəkliyi ilə izləyir. Dövlətimiz bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, məcburi köçkünlərin tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Məhz bunun nəticəsidir ki, qısa zaman içərisində həmin ərazilərimizdə inanılmaz işlər görülüb. Belə ki, Azərbaycan dövləti tərəfindən avtomobil və dəmir yolları, tunellər və körpülər inşa edilir, elektrik, qaz və su xətləri çəkilir, yeni hava limanları tikilir.

Azad edildiyi ilk vaxtdan Cəbrayılda su probleminin olduğu müəyyənləşmiş və mənfur düşmən tərəfindən sıradan çıxarılmış su quyularının təmiri nəticəsində bu problem qısa vaxt ərzində aradan qaldırılmışdır. Bölgənin müasir şəhərsalma konsepsiyası əsasında ən mütərəqqi innovasiyaların tətbiqi ilə yenidən qurulması və eyni zamanda azad edilmiş ərazilərdə kifayət qədər alternativ enerji mənbələrinin mövcudluğunu nəzərə alaraq oranın “yaşıl enerji” zonasına çevrilməsi mühüm əhəmiyyət daşıyır.

Təəssüf hissi ilə qeyd etməliyik ki, erməni vandallığı bütün işğal altında olan ərazilərimizlə yanaşı Cəbrayıl rayonunda da çirkin üzünü açıq şəkildə nümayiş etdirmişdir. Yaşayış evləri, binalar tamamilə dağıdılmış, tarixi-dini abidələrimiz, hətta soydaşlarımızın məzarları belə yerlə yeksan edilmişdir. Ümumilikdə işğal nəticəsində Cəbrayıl rayonuna milyardlarla manat dəyərində ziyan vurulmuşdur. Bundan əlavə geniş ərazilərimizdə mənfur düşmən tərəfindən minalar basdırılmışdır. Lakin bütün bunlar müharibənin bitməsi ilə başlanan bərpa və quruculuq işlərinə mane ola bilmədi. Minatəmizləmə işləri yekunlaşdıqdan sonra ilk olaraq avtomobil yollarının çəkilişlərinə start verilmişdir. İnşa edilmiş Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun və körpülər gələcəkdə reallaşması planlaşdırılan və türk dünyası üçün böyük əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin bir hissəsini təşkil edir. İnanırıq ki, Cəbrayıla gələn vətəndaşlar buraya rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər.

Hazırda Cəbrayılın əvvəlki əzəmətinin geri qaytarılması və erməni vandalizminin izlərinin silinməsi istiqamətində rayonda mühüm layihələrin icrası davam etdirilir. Böyük qürur hissi ilə qeyd etməliyik ki, Möhtərəm cənab Prezidentin iştirakı ilə ötən ilin 04 oktyabr tarixində “Cəbrayıl şəhəri günü”nə təsadüf edən Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışı və sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi nəticəsində Cəbrayıla həyat qayıtmağa başlamışdır. İnanırıq ki, Cəbrayılla yanaşı bütün azad edilmiş ərazilərimizin vahid konsepsiya əsasında bərpası Böyük Qayıdışın tezliklə başa çatmasına, ölkəmizin iqtisadi potensialının genişlənməsinə səbəb olacaq və ölkə iqtisadiyyatına müsbət təsir göstərəcəkdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər