Qarabağa həyat qayıdır

Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur.

Ermənistanın regionda vəziyyəti gərginləşdirmək və sülh prosesinə zərbə vurmaq istiqamətində təxribat və terrorların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində yerləşən separatçılara qarşı 2023-cü ilin 19-20 sentyabr tarixində başlanan və cəmi 24 saat davam edən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarixi zəfər əldə edərək milli suverenliyini tam bərpa etmiş oldu. Əldə edilmiş bu möhtəşəm qələbə 10 noyabr Bəyanatının məntiqi nəticəsi kimi tarixə düşmüş oldu. Tariximizə Zəfər Günü kimi daxil olmuş 8 noyabr və 19-20 sentyabr antiterror əməliyyatları nəticəsində işğal altındakı torpaqlarımız işğaldan azad edilməklə Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edildi. Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması ilə tarixi ədalət öz yerini tapdı. Xankəndi, Xocavənd, Xocalı və Ağdərə şəhərlərinin azad olunması xalqımızın uzun illər boyu arzuladığı birliyin, mübarizənin və qələbənin nəticəsi kimi yaddaşımıza yazıldı. Əldə edilmiş tarixi qələbə nəticəsində biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu da bərpa etdik. Möhtərəm cənab Prezidentin müvafiq sərəncamına əsasən 20 sentyabr tarixi “Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü” kimi tarixə düşmüş oldu. Xüsusi olaraq qeyd etməliyik ki, bu gün həmin şəhərlərin günü kimi qeyd edilməsi böyük tarixi və mənəvi məna daşıyır.

15 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad edilən Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə, Sərsəngdə Şanlı Azərbaycan bayrağını ucaltdı. Azərbaycan xalqının qürurla izlədiyi bu görüntülər yaddaşlarımızda silinməz iz buraxmaqla yanaşı tariximizə qızıl hərflərlə yazıldı.
İşğaldan azad edilmiş hər bir ərazi bizim üçün mühüm əhəmiyyət kəsb edir. Lakin Xankəndi şəhərinin azad edilməsi isə böyük siyasi dəyərə malikdir. Belə ki, uzun illər separatçı rejimin mərkəzi olan Xankəndi şəhəri Qarabağın siyasi, inzibati və mədəni mərkəzi olmaqla, hər zaman strateji əhəmiyyətə malik olmuşdur. Bu şəhərin yenidən Azərbaycan həyatına qovuşması təkcə Qarabağ bölgəsi üçün deyil, ümumilikdə dövlətimiz üçün xüsusi önəm kəsb edir.

Xocavənd və Ağdərə rayonları zəngin təbiəti, kənd təsərrüfatı imkanları və faydalı qazıntıları ilə seçilir. Onların inkişafı bölgənin sosial-iqtisadi həyatına güclü təkan verəcək. Ən əsası isə, bu torpaqların işğaldan azad olunması doğma yurdlarından didərgin düşmüş minlərlə vətəndaşımızın öz yurdlarına qayıdışına yol açır.

Xocalı isə Azərbaycan tarixində xüsusi yer tutur. 1992-ci ilin fevralında baş vermiş Xocalı soyqırımı təkcə xalqımızın deyil, bütün bəşəriyyətin qan yaddaşına həkk olunmuş faciədir. Bu gün Xocalının azad olunması həm də şəhidlərimizin ruhuna böyük bir ehtiram, ədalətin bərpasıdır.

Xankəndi, Xocavənd, Xocalı və Ağdərə şəhərləri günü Azərbaycan dövlətçiliyinin gücünü, xalqımızın iradəsini və əzmini tərənnüm edir. Sevindirici haldır ki, hazırda işğaldan azad edilmiş bütün ərazilərimiz kimi Xankəndi, Xocavənd, Xocalı və Ağdərə də quruculuq və abadlıq işləri geniş vüsət alıb. Möhtərəm cənab Prezidentin mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərə səfəri və görülən işlərlə yaxından tanış olması böyük əhəmiyyətə malikdir. Böyük qürur hissi ilə qeyd etməliyik ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda erməni vandalizminin izləri silinir və Qarabağa həyat qayıdır.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər