6 ayda Qarabağa 1 milyondan çox adam gedib

Azərbaycan vətəndaşlarının işğaldan azad olunmuş ərazilərə səfərləri davam etdirilir. Səfərlər həm müntəzəm avtobus marşrutları, həm də fərdi nəqliyyat vasitələri ilə həyata keçirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, 2025-ci ilin ilk 6 ayı ərzində azad olunmuş ərazilərə 3475 müntəzəm avtobus reysi təşkil edilib. Bu marşrutlarla ümumilikdə 33 min 500 sərnişin Qarabağ və Şərqi Zəngəzur istiqamətlərinə səfər edib.

Bununla yanaşı, vətəndaşlar “Yolumuz Qarabağa” portalında qeydiyyatdan keçərək fərdi minik avtomobilləri ilə Şuşa, Laçın, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Suqovuşan istiqamətlərində səyahət edə bilirlər.

AYNA-dan verilən məlumata görə, bu ilin yanvar-iyun ayları ərzində portal üzərindən səfərlə bağlı ümumilikdə 1 milyon 342 min 921 nəfərə icazə verilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər