Xankəndi EKO görüşünün ancaq strateji siyasi hədəfləri var idi...

Xankəndidə keçirilmiş İqtsadi Əməkdaşlıq Təşkilatının (EKO) 17-ci Zirvə görüşünün iqtisadi tərəflərindən daha çox, onun siyasi-diplomatik əhəmiyyəti, məqsədi aydın görünürdü. Əvvəla, qeyd edək ki, bu təşkilat 1985-ci ildə məhz İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Həm də, bu görüş İsrail - İran 12 günlük müharibəsindən bir neçə gün sonra təşkil edilirdi. Eyni zamanda da, zirvə görüşün Rusiya - Azərbaycan dartılı münasibətlərinin daha da gərginləşməsi fonunda baş tutması, görüşün bir növü da siyasi tərəfini qabardırdı.

Həmçinin, Ermənistan baş naziri Nikol Paşinyanın Türkiyə səfərindən və Ərdoğanla görüşündən sonra Rusiya ilə münasibətlərin daha da korlanması, Zəngəzur dəhlizinin açılması ilə bağlı və həm də dəhlizə nəzarətdən Rusiyanın uzaqlaşdırılması və həm də zirvə görüşünün də məhz Qarabağda, Xankəndidə keçirilməsi bir mənalı olaraq siyasi-hərbi məqsəd və artıq reallaşan nəticənin mesajıdır.

Xüsusən də,Azərbaycanın əsas müttəfiqlərinin Türkiyə və Pakistanın ən yüksək səviyədə iştirakı ilə ötürülən siqnallar Xankəndidə keçirilən zirvə görüşünün əslində artıq reallaşan siyasi nəticələrin elanı idi.

Artıq, müzakirələr gedir ki, Ermənistan Türkiyə çətirinə və Paşinyan da Ərdoğanın zəmanətinə sığınıb. Həm də məlum oldu ki, EKO-nun yaradıcılarından biri, Rusiyanın həm də hüquqi müttəfiqi İranın prezidenti Masud Pezeşkianın Xankəndidə keçirilən zirvə görüşündə iştirakına maneələr yaradılıb və Xankədiyə səfərdən çəkindirməyə cəhdlər olub.

Xankəndidə keçirilən zirvə görüşündə Qazaxıstan və Türkmənistan liderlərinin iştirak etməməsi də əslində mənzərəyə tam aydınlıq gətirir. Türkmənistan siyasi elitası tam şəkildə Kremlin nəzarətindədir. Təsadüfi deyil ki, Türkmənistan ənənəvi olaraq Turan birliyindən məsafə saxlayır. Qazaxıstan prezidenti Tokayevin isə Rusiyaya, Putinə lloyallığı mübahisə edilməzdir və onun da SSRİ-nin keçmiş diplomatı kimi, Rusiyanın FTX-nin (KQB) əməkdaşı olması inkaredilməz faktdır. Hətta Tokayev Rusiyanın tapşırığı və dıstəyi ilə türk dünyasının ağsaqqalı, keçmiş prezident Nazarbayevi hakimiyyətdən uzaqlaşdırdı. Bir vaxtlar isə, Tokayev ermənilərlə eyni soydan olduğu barədə bir açıqlama da vermişdi.

Xankəndidə keçirilən görüş Azərbaycan, Türkiyə və Pakistan sstrateji siyasi və hərbi burliyinin daha da dərinləşməsinin növbəti mərhələsidir. Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılmasının artıq geniş müzakirəsi bu birliyin dairəsinin daha genişlənməsini mütləq prosesə çevirir.

Vüqar Dadaşov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər