Aprel döyüşləri - Böyük qələbəmizə aparan yolun başlanğıcı

Aprel döyüşləri - Böyük qələbəmizə aparan yolun başlanğıcıAprelin 1-i Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür.

Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan tarixi döyüşlərin başlanmasından 9 il ötür.

Tarixi qələbəmizə qısa ekskurs edən Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezdenti, Əfqanstan və Qarabağ mharibələrinin veteranı Sərraf Orucov Avrasiya.net-ə deyib ki, Aprel döyüşləri Qarabağda Böyük Qələbəmizə aparan şanlı zəfər yolun başlanğı olub.

O, qeyd edib ki, 2016-cı il aprelin 1-dən 4-nə qədər, Ermənistan silahlı qüvvələri sərhədyanı kəndlərimizi, qoşunların təmas xəttindəki yaşayış məntəqələrimizi amansızcasına atəşə tutub. Azərbaycan Ordusunun cəsur və qəhraman oğulları düşmənin hücumunun qarşısını alıb, əks hücuma keçərək işğalçı ordunu geri oturtmaqla bərabər xeyli ərazilərimizi azad edib.

Bunlar Tərtər rayonunun Selsulan, Qazaxlı kəndləri, Talış kəndi ətrafındakı strateji yüksəkliklər, Cəbrayıl rayonunu LələTəpə strateji yüksəkliyi və Cocuq Mərcanlı kəndidir: “2016-cı ilin apreli bu qətiyyətin başlanğıcı oldu. Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində təxribatlarının qarşısı qətiyyətlə alındı, Lələtəpə, Bayraqtəpə kimi olduqca əhəmiyyətli yüksəkliklər də daxil olmaqla, 2 min hektarlarla ərazi düşməndən təmizlənərək işğaldan azad edildi, 320 erməni silahlısı məhv edildi. Bu, Azərbaycan Ordusunun böyük tarixi qələbəsi idi. Bu, Azərbaycan Ordusunun gücünü, qüdrətini, döyüş əzmini, qələbə ruhunu təsdiqlədi. Bu, ordu ilə xalqın birliyinin qələbəsi kimi tarixləşdi.

Bu qəhrəmanlar və həmin həlledici günlərdə ayağa qalxaraq ordusu ilə birgə olduğunu göstərən, cəbhəyə axışan xalqımız dünyaya göstərdi ki, biz torpaqlarımızı düşmən işğalından azad etməyə qadirik. Müəyyən dairələrin Azərbaycana qarşı istifadə etməyə çalışdığı “uduzmuş tərəf” sindromunu da məhz aprel döyüşlərinin qəhrəmanları darmadağın etdilər. Bu gün yalnız şəhid ailləri deyil, bütün xalqımız aprel və vətən müharibəsinin şəhidləri ilə qürur duyur. Bu gün hər birimizin qəlbi yüksək iftixar hissi ilə doludur. Bu il şanlı aprel döyüşlərindən 9 il ötür. O döyüşlərdə Azərbaycan əsgəri nəyə qadir olduğunu bir daha sübut etdi.

Ermənilər Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərlərinin qorxmazlığı, şücaətindən qorxuya düşdülər. Əminəm ki, Ermənistan və onlara havadarlığ edən bədnam dövlətlər 2016-cı ilin aprelində və 2020-ci il 44 günlük Vətən müharibəsində aldığı bu kəsərli zərbəni heç vaxt unudmayacaqdır.
Aprel döyüşləri Azərbaycanımızın bugnki, Zəfər Qələbəsinin ilk qaranquşları oldu.

Məhz aprel döyüşlərində Azərbaycan əsgəri subut etdi ki, nəyin bahasına olursa, olsun işğal altında olan torpağlarımızı yadelli düşmənlərdən azad edəcək.

2020-ci il tarixlərində, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyevin qətiyətli rəhbərliyi ilə və şəhidlərimizin qəhrəmanlığı, qanları bahasına işğal olunmuş torpağlarını ermənilərdən qeyri-şərtsiz azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

Vətən Müharibəsində, Ermənistanın ordusunun Xocalıda, Xankəndində, Şuşada, Kəlbəcərdə, Laçında olan əsas döyüş texnikaları, sursatları və əsgəri qüvələrinin hamsı ilk günlərdə Xocəvənd, Fizuli, Hadrut, Ağdam, Zəngilan, Cəbrail və Qunadlı ərazilərinə gətirilərək, orada Müzəfər Azərbaycan Ordusu tərəfindən yarsı döyüş zamanı məhv edilmiş, yarsı isə atıb qaçdlıqlarından, ordumuz təfindən işlək vəziyyətdə qənimət kimi ələ keçirildi.
Aprel və 44 günlük Vətən müharibəsinin döyüşləri bir daha əminliklə təsdiqlədi ki, Azərbaycan Ordusu digər torpaqlarını işğaldan azad etməyə qadirdir və Azərbaycan dövləti, Azərbaycan xalqı Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına heç zaman imkan verməyəcəkdir”.
S.Orucovun sözlərinə görə, əminliklə təsdiqləndi ki, xalq ordusuna inanır, ona güvənir, ordu da xalqa arxalanır. Bu qələbə ermənilərin illərlə formalaşdırmaq istədiyi “qalib” rəyin puç olduğunu da təsdiqlədi. Ordumuzun gücü həm də bu amillə bağlıdır.

Qanı, canı, və bütün varlığı ilə doğma Vətənə olan tükənməz sevgisini ortaya qoyaraq sarsılmaz döyş ruhunu həm düşmənlərimizə eləcədə, onların havadarlarına nümayiş etdirdilər. Xalqımız 30 il ərzində bu qələbə müjdəsini səbirsizliklə gözləyirdi.

Bundan sonra isə, şəhidlərimizin qanları bahasına əldə etdiyimiz Azərbaycan dövlət müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamaq Azərbaycan ordusu ilə yanaşı, milli mənsubiyyətindən aslı olmayaraq bütün Azərbaycan vətəndaşlarının müqəddəs vəzifə borcudur: “Buna görə də “ARBƏD”- Fondunun üzüvləri yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhda tərbiyə olunmaları istiqamətində, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Azərbaycanda “Vətənin müdafiəsinə hazıram!” devizi altında gənclər təşkilatları və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə reallaşdırılmış tədbirlərdə gənc nəslin müddətli həqiqi hərbi xidmətə fiziki, mənəvi və psixoloji cəhətdən hazırlığının artırılmasına, onların Vətənə sadiqlik ruhunda tərbiyə edilməsinə xüsusi önəm verilməsində yaxından iştirak edir.

Məqsədimiz yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik ruhunu daha da yüksəltməkdir. Belə görüşlərdə Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsin əhəmiyyəti barədə də söz açmağı özümüzə mənəvi borc bilirik.

Bu gün biz aprel döyüşlərini Qarabağda böyük qələbəmizə aparan şanlı və müqəddəs yolun başlanğıcı hesab edirik.

“Canlarını vətən, millət, dövlət uğrunda qurban vermiş şəhidlər həm dini nöqteyi- nəzərdən, həm də bəşəri cəhətdən şərəfli və müqəddəs bir yolun yolçularıdırlar. Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunublar və olunacaqlar. Nə qədər ki, Azərbaycan xalqı, Azərbaycan dövləti var şəhidlərimiz də qəlblərimizdə yaşayırlar və yaşayacaqlar. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda Şəhid olmuş insanların adı daimi qəlbimizdədir! Onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmaz”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər