Ermənistanın hərbi təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb

Ermənistanın hərbi təcavüzü nəticəsində 4 min nəfərə yaxın azərbaycanlı itkin düşüb.

Avrasiya.net xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən təşkil olunan itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatında bildirilib.

Məlumat verilib ki, itkin düşən şəxslərdən 3 209-u hərbçi, 774-ü mülki şəxsdir. Onların 3 698-i kişi, 285-i qadındır. 3977 nəfər Birinci Qarabağ müharibəsində, 6 nəfər isə Vətən Müharibəsində itkin düşüb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin birbaşa nəzarətində olan itkin düşmüş şəxslər probleminə məhz dövlət başçısının göstərdiyi xüsusi həssas münasibət və bu yöndə verdiyi mühüm tapşırıqlar axtarış prosesinin sürətlənməsini və zəruri tədbirlərin intensiv həyata keçirilməsini şərtləndirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər