Xankəndidə seçici fəallığı müşahidə olunur
Xankəndi şəhərində davam edən seçki prosesində seçici fəallığı müşahidə olunur.
"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşının məlumatına görə, 122 saylı seçki dairəsinin şəhərdə yerləşən 14 və 15 saylı məntəqələrində seçicilər səsvermə hüququndan aktiv şəkildə istifadə edirlər.
Səsvermə prosesində Xankəndi şəhər sakinləri və ərazidə həyata keçirilən bərpa-yenidənqurma işlərində çalışan vətəndaşların fəallığı müşahidə olunur.
Qeyd edək ki, növbədənkənar parlament seçkiləri ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.
Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.