Sizin Reklam Burada

Şuşaya daha 15 ailə yola salındı

Şuşaya daha 15 ailə yola salındıİşğaldan azad olunmuş Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

Avrasiya.net xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 15 ailə – 57 nəfər köçürülür.

Ailələrdən 8-i (31 nəfər) Bakı şəhərindən, 2-si (6 nəfər) isə Abşeron rayonundandır, Sumqayıt (4 nəfər), Mingəçevir (4) şəhərləri, habelə Bərdə (5), Oğuz (5), Ağdam (2) rayonlarının isə hər birindən bir ailə köçürülür. Mingəçevir şəhəri, həmçinin Ağdam, Bərdə və Oğuz rayonlarında məskunlaşmış 4 ailə (16 nəfər) yaşadıqları ərazidən yola salınacaq. Onlar Ağdam rayonunun Təzəkənd kəndində yerləşən keçid postunda köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra yurdlarına qayıtmasına imkan yaranıb. Onlar əraziləri işğaldan qurtaran Azərbaycan Ordusuna, əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, şəhidlərə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 105 ailənin, yəni 406 nəfərin daimi məskunlaşması təmin edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər