Sizin Reklam Burada

Hərbi attaşelər və diplomatlar Laçına getdi

Hərbi attaşelər və diplomatlar Laçına getdiAzərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin - səfirlərin, hərbi attaşelərin və beynəlxalq təşkilatların təmsilçilərinin mayın 24-də Laçın şəhərinə səfəri başlayıb.

Avrasiya.net xəbər verir ki, səfər çərçivəsində diplomatik korpusun nümayəndələri COP-29-la əlaqədar təqdimat mərasimində iştirak edəcəklər. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədovun, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevin və digər rəsmi şəxslərin çıxışları gözlənilir.

Bundan əlavə, diplomatlara Laçın şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat veriləcək, onlar Zerti Aqro-Sənaye Parkı və Hoçazfilm kinopavilyonu ilə tanış olacaqlar. Həkəri çayına balıqların buraxılması prosesini canlı izləyəcəklər və “Xalça belə yarandı” adlı sərginin açılışında iştirak edəcəklər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər