Şuşada “İslam ölkələrinin ortaq süfrəsi” festivalı keçiriləcək
Dərc olunub:
23-01-2024, 13:22
Bu il Şuşada “İslam ölkələrinin ortaq süfrəsi” festivalı keçiriləcək.
Avrasiya.net xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.
Eyni zamanda, Şuşada İslam dünyasında turizmin inkişafı mövzusunda beynəlxalq konfrans təşkil olunacaq.
Bununla bağlı Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırıq verilib.