Sizin Reklam Burada

Azad olunan ərazilərdə 955 mina zərərsizləşdirilib

Azad olunan ərazilərdə 955 mina zərərsizləşdirilibAzərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə həyata keçirilən tədbirlər plana uyğun olaraq davam etdirilir.

Avrasiya.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azad edilmiş ərazilərdə bu ilin yanvarın 1-dən dekabrın 21-dək mühəndis-istehkam bölmələri tərəfindən ümumilikdə 6 930 hektaradək ərazidən 234 ədəd piyada əleyhinə, 721 ədəd tank əleyhinə mina və 1405 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə yeni təminat yolları çəkilib, mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib.

Ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.

Qarabağ iqtisadi rayonunda aşkar olunmuş mina və partlamamış döyüş sursatlarının bir qismi növbəti dəfə Ağdərə rayonunun "Gödəkburun" təlim mərkəzində partlatma və yandırma üsulları ilə məhv edilib.

Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq 2024-cü ildə də davam etdiriləcək.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər