Sizin Reklam Burada

"Qarabağ Universitetinin məzunlarının uğurlarıyla fəxr edəcəyik"

"Qarabağ Universitetinin məzunlarının uğurlarıyla fəxr edəcəyik"Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin yaradılması ilə bağlı Sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, mövzu ilə bağlı Herbiand.az-a danışan fəlsəfə doktoru, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov deyib ki, bu Sərəncamın imzalanmasını Azərbaycanın təhsil tarixində çox mühüm hadisə kimi xarakterizə edir:

“Qarabağ regionunda ali təhsil ənənəsi hər zaman mövcud olub və bu, Prezidentin Sərəncamında da qeyd olunur. Xalqımızın tarixi şəhəri olan Xankəndi hər zaman Qarabağ bölgəsinin mədəni intellektual mərkəzi funksiyasını uğurla həyata keçirə bilib. Məhz məkan olaraq Xankəndi şəhərinin seçilməsi təsadüfi deyil. Hesab edirəm ki, bu, həm də Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərə böyük qayıdışa dair birinci Dövlət Proqramından irəli gələn məsələlərdir. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafı, eyni zamanda yüksək həyat səviyyəsinin təminatı üçün kifayət qədər böyük işlər görülür. Əminəm ki, cənab Prezidentin qeyd etdiyi kimi, işğaldan azad olunmuş ərazilər ən yüksək səviyyədə yenidən qurulacaq və Azərbaycanın ən şaxələnmiş regionlarından biri olacaq”.

Fəlsəfə doktorunun sözlərinə görə, bu istiqamətdə çoxdan söhbətlər gedirdi:

“Hər birimiz səbirsizliklə gözləyirdik ki, ölkə başçısı məhz Qarabağ Universitetinin yaradılması ilə bağlı Sərəncam imzalayacaq. Qeyd etdiyim kimi, Azərbaycanın təhsil tarixinin şanlı səhifələrindən biri məhz bu gün qoyulur. Qarabağ Universitetinin yaradılması ilə bütövlükdə işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialının gücləndirilməsi, burada əmək bazarı üçün yüksək ixtisaslı kadr hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkil olunması həm də bu zərurətdən irəli gəlir. Universitetlərin yerləşdiyi məkanlara baxanda görürük ki, universitet təkcə həmin şəhərin ali təhsil mühitini formalaşdırmır. Eyni zamanda, mədəni mühiti formalaşdırır, sürətli inkişafı şərtləndirir. Digər tərəfdən, iqtisadi baxımdan həmin bölgəni daha cəlbedici edir. Bu universitetin Xankəndində yaradılması barədə düşünərkən hesab edirəm ki, bu, xalqımızın hər bir nümayəndəsinin arzusu idi. Mən fürsətdən istifadə edərək Ali Baş Komandan, Prezident İlham Əliyevə təhsilimizə göstərdiyi qayğıya, eyni zamanda işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına göstərdiyi diqqətə görə təşəkkürümü ifadə edirəm. Hesab edirəm ki, Qarabağ Universiteti Azərbaycanın ən yaxşı universitetlərindən bəlkə də birincisi olacaq. Çünki, Qarabağ ifadəsi bütövlükdə Azərbaycan üçün həm də mənəvi dəyərdir. Bu baxımdan həmin universitetdə ən müasir səviyyədə ali təhsilin verilməsi, eyni zamanda bölgənin bütövlükdə ümumi iqtisadi inkişafına kömək edə biləcək kadr hazırlığını təmin etmək üçün müasir ixtisasların formalaşdırılması təmin olunacaq. Mən əminəm ki, universitet modern səviyyədə və müasir tələblər çərçivəsində infrastruktur baxımından fərqlənəcək”.

İlqar Orucov bildirib ki, dünən Füzuli şəhərində Mirzə Uluqbəy adına tam orta məktəbdə olarkən böyük quruculuq işlərinin hansı sürətlə getdiyini və zövqlə həyata keçirildiyini görüb:

“Bu infrastruktur o qədər yüksək səviyyədə qurulub ki, həqiqətən də o məktəblərə ayaq basan hər kəs yaxşı təhsil almaq istəyər. Hər kəs daha yaxşı, daha faydalı olmaq naminə təhsilə can atacaq. Mən ümid edirəm ki, Qarabağ Universiteti də məhz bu cür fərqli universitet olacaq. Digər tərəfdən, təhsil insanlarının hər zaman Azərbaycanın ali təhsillə bağlı arzuları, gözləntiləri olub. Hesab edirəm ki, Qarabağ Universiteti bu istiqamətdə arzuları və gözləntilərimizi həyata keçirmək üçün bizə fürsətlər verəcək. Düşünürəm ki, Qarabağ Universitetində bizim ən yaxşı alimlərimiz tədris aparacaqlar və ən yüksək balla qəbul olunmuş bizim tələbələr orada oxumağa can atacaqlar. Çünki həqiqətən də Xankəndi, Qarabağ, bütövlükdə 30 illik işğal altında olan torpaqlarımızın hər bir qarışı müqəddəsdir və tamam fərqli bir məna daşıyır. Çünki orada şəhidlərimizin qanı axıb, torpaqların vətənləşməsi müasir nəslin gözü qarşısında baş verib. Dövlətimiz nə qədər çətin sınaqlardan keçərək, böyük faciələr yaşayaraq bu torpaqları işğaldan azad edib. Cənab Prezident bu torpaqların işğaldan azad olunması üçün nə qədər böyük səylər göstərib. Əlbəttə bu, bizim ən yaxın tariximizdir və bunu hər birimiz bilirik. Bu baxımdan da düşünürəm ki, Qarabağ Universitetinin Azərbaycanın, regionun, eyni zamanda dünyanın ən nüfuzlu sayılıb-seçilən olması üçün dövlət bütün səylərini birləşdirəcək”.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü ümid edib ki, nəhayət, ümumi quruculuq işləri başa çatacaq, əhalimiz öz doğma yurd-yuvalarına qayıdacaq və həmin bölgələrdə bütün sahələrdə inkişaf olacaq:

“Eyni zamanda, təhsil sahəsində də böyük uğurlar əldə olunacaq. Mən Qarabağ Universitetinin gələcəyi ilə bağlı çox böyük perspektiv və ümidlər bəsləyirəm. Hesab edirəm ki, artıq bu gün rəsmi olaraq ali səviyyədə verilən bu qərarla dövlətimiz bu işlərə başlayacaq və yaxın gələcəkdə Qarabağ Universitetinin məzunlarının uğurlarıyla fəxr edəcəyik. Universitetin nəinki bölgənin, eyni zamanda ölkəmizin inkişafında oynadığı müstəsna yerə və rola görə fəxrlə danışa biləcəyik. Qarabağ Universitetinin infrastruktur baxımından ən müasir səviyyədə qurulmasına təsadüfi diqqət çəkmədim. Hesab edirəm ki, universitet bütövlükdə dünyanın ən yaxşı universitetlərindən heç də fərqlənməyən bir kampusa malik olacaq. Mən əminəm ki, universitetdə təkcə azərbaycanlı tələbələr oxumayacaq. Universitetin təhsili elə səviyyədə fərqlənəcək ki, burada dünyanın fərqli ölkələrindən olan tələbələr gəlib təhsil alacaqlar. Bu həm də bütövlükdə Qarabağ Universitetinin gələcəkdə beynəlxalq səviyyədə nüfuzu məsələsi ola biləcək. Eyni zamanda hesab edirəm ki, Qarabağ Universitetində elm və təhsil vəhdətini nəhayət ki, görə biləcəyik. Hesab edirəm ki, universitetdə həm də elmi mühit olacaq. Çox arzu edirəm və əminliyimi ifadə edirəm ki, qalib xalq olaraq cəbhədə qazandığımız uğurlar, həm də məhz Qarabağ Universitetinin timsalında işğaldan azad olunmuş digər ərazilərdə yenidən qurulan məktəb infrastrukturu və təhsil baxımından da dünyada fərqlənən xalqlardan biri ola biləcəyik. Bizim xalqımızın buna potensialı və ciddi siyasi iradəsi var”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər