25 noyabr – “Kəlbəcər şəhəri günü”dür
Bu tarixi Qələbə günü Prezident İlham Əliyev tərəfindən əbədiləşdirilib
Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğal edilməsinin əsas səbəbi o zaman sistemli idarəçiliyin olmaması idi. Kəlbəcərdə vuruşan hərbiçilər, eləcə də bu rayonun bir neçə tanınmış şəxslərinin fikirləri də bunu təsdiq edir. Ümumiyytələ, işğal günlərində Kəlbəcər rayonunda bir dənə də hərbi hissə olmamışdır. Azərbaycanın o zamanki dövlət rəhbərlərində belə bir rəy var imiş ki, Kəlbəcər rayonu keçmiş “Dağlıq Qarabağa” daxil deyil deyə, ermənilər bu rayona heç vaxt gəlməzlər. Düşünürmüşlər ki, bu, beynəlxalq qalmaqala səbəb olar. Ona görə arxayın imişlər. Görünür, ya tarixi bilmirmişilər, ya da təcrübələri yox imiş. Kəlbəcərin yerli rəsmiləri Müdafiə Nazirliyinə dəfələrlə məktub yazmışdılar ki, Kəlbəcər rayonu müdafiə olunmur. Lakin bu çağırışlara diqqət edən olmamışdır.
Bu etinzasızlıq və siyasi arxayınlğa baxmayaraq, erməni təcavüzkarlığı davam edirmiş. Amma mərkəzdən kömək gəlməsə də Kəlbəcərin önünümüdafiə dəstlərinin əsgərlərinə yüksək vətənpərvərlik ruhu aşılanıb döyüş hazırlığına gətirilmişdir. Bu taborlar təkcə Kəlbəcərin deyil, ətraf rayonların da müdafiəsində dayanmışdılar. Kəlbəcərdə milli ordumuzun ilk hərbi hissələri heç bir çağırış olmadan, ancaq Vətənin imdadına hay verən oğulların könüllülüyü əsasında yaranmışdır. Kəlbəcərdə yaradılan ordu hissələri az vaxt içərisində sözün əsl mənasında xalqın güvənc yerinə çevrilmişdir. Özünümüdafiə dəsətləri axıra kimi döyüşmüşdür və 400 şəhid vermişdir. Könüllü hərbiçiləri və mülki əhalinin döyüşə qatılması nəticəsində 60 min əhalinin təxliyyəsi mümkün olmuşdur. İşğaldan sonra ermənilər Kəlbəcərdə də vandalizm əməlləri törəmişdirlər. Rəsmi İrəvanın hərbi cinayətlərinə beynəlxalq birlik səsiz qalmışdır.
BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. Bununla Ermənistan bütün beynəlxalq qanunları ayaqlar altına atmış olmuşdur. 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.
27 il kəlbəcərlilər işğalın ağır günlərini yaddan çıxarmayaraq qaçqın və məcburi köçkün həyatı yaşadılar. Amma doğma torpaqlara qayıtmaq ümidlərini də itiməmişdirlər. Artıq kəlbəcərlilərin də yurd həsrəti başa çatmışıdır. 2020-ci ilin noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad olunması ilə yerli əhalinin ümidləri gerçəkləşdi. Bu tarixi Qələbə günü dövlət tərəfindən əbədiləşdirilib. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr “Kəlbəcər şəhəri günü” kimi müəyyən olub. Artıq ölkəmizdə ilk dəfə “Kəlbəcər şəhəri günü” qeyd edilir.
Bununla bağlı müxtəlif səpkili tədbirlər təşkil edilir. Əlbəttə ki, bu tədbirlədə torpaqlarımızın azadlığı uğurunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Yeri gəlmişkən, qəhrəmanlarımıza daima hörmət və ehtiram olunur. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bununla dövlətimiz torpaq uğurunda döyüşənlərin əməyini yükək qiymətləndirmiş olub.
Hazırda Qarabağın, Kəlbəcərin dirçəlişi prosesi başlamışdır. Kəlbəcərdə sürətli və genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.
Rayonun enerji potensialı yenidən qurulur. Bununla bağlı “AzərEnerji” ASC tərəfindən Kəlbəcərdə bir neçə su elektrik stnasiyası tikilib. Kəlbəcərdə ilk yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaq.
Məhəllədəki məktəbin ətrafında salınacaq yaşıllıq ərazi ictimai məkan funksiyasını yerinə yetirməklə əhalinin asudə vaxtının səmərəli keçirilməsinə xidmət edəcək. Rayonun Zar kəndində ümumilikdə 855, Zallar kəndində isə ümumilikdə 487 ailənin məskunlaşması planlaşdırılıb. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Məşhr “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində işlər görülür. Bütün bunların təməlqoyma və açılış mərasimlərində Prezident İlham Əliyev iştirak edir, öz tapşırıq və tövsiyələrini verir.
Paşa-zadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi