Sülhməramlılar Qarabağda on yeni post yaratdı
Rusiya sülhməramlıları yollarda təhlükəsiz hərəkəti təmin etmək üçün Qarabağda on post yaradıblar.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin bülletenində deyilir.
"Yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün beşi Azərbaycanla birgə olmaqla on post yaradılıb. Rusiya sülhməramlılarının iştirakı ilə Qarabağın yaşayış məntəqələrinə elektrik enerjisinin və qazın verilməsinin bərpası istiqamətində işlər davam etdirilir", - məlumatda deyilir.
Qeyd edək ki, sentyabrın 19-dan Rusiya sülhməramlı kontingenti Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında səkkiz müşahidə məntəqəsini, 16 müvəqqəti məntəqəni bağlayıb.
Xatırladaq ki, bundan öncə 13 post yaradıldığı, bu postlardan 8-nin Azərbaycan ilə birgə olduğu bildirilmişdi. Belə aydın olur ki, Rusiya sülhməramlıları daha 3 postu tərk edib.