Gələn ilin əvvəlində Şuşaya 400 ailə köçürüləcək
Dərc olunub:
19-10-2023, 13:24
Gələn ilin I rübündə Azərbaycan vətəndaşlarının Şuşaya köçürülməsinə başlanılacaq və bu proses 400-ə yaxın ailəni əhatə edəcək.
Avrasiya.net xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.
"Bu yaxınlarda Şuşada geniş miqyaslı yol infrastrukturunun inşasına başlanılacaq. Hazırda sosial obyektlərin tikintisi davam etdirilir. Yaxın günlərdə məktəbin açılışı olacaq", - deyə o qeyd edib.