Bu gün növbəti görüş olacaq - Xankəndidə
Dərc olunub:
2-10-2023, 11:21
Bu gün Xankəndi şəhərində Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri və erməni sakinlər arasında növbəti görüş gözlənilir.
Axar.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat paylaşılıb.
Bildirilir ki, görüşdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev də iştirak edəcək.
Xatırladaq ki, bu, sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal antiterror tədbirlərindən sonra sayca dördüncü görüş ola bilər.