Xankəndidəki partlayışda azı 125 nəfər öldü - Avanesyan
Dərc olunub:
26-09-2023, 21:58
Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışda ən azı 125 nəfər ölüb.
Bu barədə Ermənistan səhiyyə naziri Anait Avanesyan deyib.
"Bu gün Qarabağda baş vermiş partlayışda ölən 125 nəfərin cəsədinin qalıqlarını gətirdik. Onlar Məhkəmə Tibb Ekspertiza Mərkəzinin müvafiq bölməsinə təhvil verilib və orada şəxsiyyətləri müəyyənləşdiriləcək”, - deyə bildirilib.
Qeyd edək ki, bundan əvvəl partlayış nəticəsində 20 nəfərin öldüyü, 290 nəfərin yaralandığı bildirilmişdi.