Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər
Dərc olunub:
23-09-2023, 18:53
Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra ilk dəfə ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər.
Avrasiya.net xəbər verir ki, hərbi attaşelər antiterror tədbirlərindən sonra Şuşadan Xankəndi istiqamətində Azərbaycan Ordusunun nəzarətinə keçən ərazilərə baxış keçirəcəklər. Onları Müdafiə Nazirliyinin rəsmiləri müşayiət edir.
Qeyd edək ki, səfərdə 9 attaşe və 2 beynəlxalq təşkilat iştirak edir.