İrəvan sonda Qarabağı tam itirəcək: buna yaxınlaşır
Ermənistan Qərblə oynayır və fikirləşir ki, Qərbin köməyi ilə İkinci Qarabağ müharibəsindən sonra yaranmış şərtləri üstələmək mümkün olar. Müqaviləni ləğv etmək istəyir. Ona görə də Ermənistan Azərbaycana beynəlxalq təzyiqləri artırmaq üçün əlavə olaraq “təhlükəsiz oynamaq” və Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu mexanizmindən istifadə etmək qərarına gəlib.
Avrasiya.net xəbər verir ki, bunu rusiyalı politoloq, Cənubi Qafqaz üzrə ekspert Vitali Arkov deyib.
“İrəvan odla oynayır. Qarşılarına utopik məqsədlər qoyurlar, Qarabağın bir hissəsini Ermənistana saxlamaq istəyirlər. Amma finalda Qarabağı tamamilə itirəcəklər, Ermənistanın buna necə yaxınlaşdığını görürük”, - o bildirib.
Ekspertin fikrincə, Paşinyanın antirusiya bəyanatlarında məqsəd Qərblə eyni oyundur:
“Aydın məsələdir ki, Paşinyan Qarabağda rusların əvəzinə fransız sülhməramlıları görmək istərdi, amma cənab Əliyevə orada onlar lazım deyil. Yeri gəlmişkən, radikal separatçılarla sülhməramlılar arasında toqquşmalar Paşinyanın vəziyyətə nəzarət etmədiyinin, Qarabağda Rusiyaya qarşı təxribatlar təşkil etməyə meylli qüvvələrin çox olduğunun göstəricisidir. Qalmaqallı insident zamanı Rusiya sülhməramlıları təmkinli davrandılar ki, ermənilər bunu manipulyasiya edib hadisəni Qarabağın mülki əhalisinə hücum kimi şərh etməyə imkan tapmasınlar”.