Sizin Reklam Burada

Biz öz doğma torpağımızda qürurla yaşayırıq

Biz öz doğma torpağımızda qürurla yaşayırıq Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis olunmuşdur. Məhz bu Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən edilib. Əlbəttə ki, bu gün bütün xalqımız üçün tarixi əhəmiyyət kəsb edən bir gündür. Böyük strateji əhəmiyyətə malik Laçının işğalının vaxtilə digər ərazilərimizin işğalına da zəmin yaranıb işğal nəticəsində rayonun əhalisinin etnik təmizləməyə məruz qaldığını, 300-dən artıq hərbi və mülki şəxsin həlak olduğunu və itkin düşmüşdür. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən məhv edilib, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

Laçın yenidən sülh və əmin-amanlıq dövrünə qayıdıb. Cari il mayın 28-dən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq Laçın şəhəri 234 ailəyə qucaq açıb və 904 laçınlının yurd həsrəti bitib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır.

Avqustun 26-da İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər. Prezident İlham Əliyevin “Laçın Şəhəri Günü” münasibətilə keçirilən bayram tədbirində etdiyi çıxışda bildirmişdir ki, Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik. Biz 44 gün davam edən müharibədə sübut etmişik ki, bizim iradəmizə heç kim təsir edə bilməz: "Bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik".

Bizə qarşı aparılan kampaniyanın, çirkin təbliğatın iradəmizə təsir edə, bizi yolumuzdan döndərə bilməyəcəyini xatırladan dövlətimizin başçısı vurğulayıb: "Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq".

Prezidentin çıxışında da bu məqam qeyd olundu ki, Laçının bölgədəki əhəmiyyətinin daha da yüksəlib. "Laçın şəhəri böyük iqtisadi potensiala malikdir. Çünki nəzərə alsaq ki, bir tərəfdən Laçının aqrar və sənaye potensialı var, digər tərəfdən turizm imkanları genişdir, çox qısa zamanda kommunal xidmətlərin verilməsi və enerji sahəsində təminatın daha da gücləndirilməsi, yol infrastrukturunun genişləndirilməsi ilə bağlı layihələr həyata keçirilir. Bu, təbii ki, Azərbaycanın iqtisadi gücünü bir daha təsdiq edir. Laçının inkişafı, yenidən qurulması və eyni zamanda Azərbaycan iqtisadiyyatına inteqrasiyası, təbii ki, bölgənin inkişafına bir töhfədir".

Prezident İlham Əliyev Həkəri çayının sahilində keçirilən "Laçın Şəhəri Günü" bayram tədbirində çıxışı zamanı deyib ki, bütün dədə-baba yurdlarından qaçqın düşənlər, o cümlədən laçınlılar öz yurdlarına qayıdacaqlar: "Əminəm ki, siz öz dədə-baba torpağınızda rahat, xoşbəxt yaşayacaqsınız. Siz buna layiqsiniz. 30 il siz həm fiziki, həm də mənəvi əzab çəkmisiniz. Bu gün isə artıq dirçələn Laçın, dirçələn Qarabağ, dirçələn Şərqi Zəngəzur bizim gücümüzü göstərir və onu göstərir ki, biz istədiyimizə hər zaman nail oluruq".

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın insanlarla səmimi söhbəti uzun müddət yaddaşlardan silinməyəcək. Bir zamanlar Taxtakörpüdə doğum günündə məcburi köçkünlərlə görüşən dövlətimizin başçısının bu gün Müzəffər Ali Baş Komandan kimi Laçın şəhərində öz evlərində məskunlaşmış laçınlılar qarşısında çıxış etməsi heyrətamiz idi. Prezidentin Laçına son səfəri zamanı sakinlər qarşısında çıxışı, verdiyi siyasi mesajlar mühüm əhəmiyyət kəsb etdi. Dövlətimizin başçısı müharibədən sonra Azərbaycanın güclənən mövqeyini bir daha ifadə etdi. Açıq şəkildə bəyan etdi ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Ölkəmizə qarşı bəzi qüvvələr tərəfindən aparılan kampaniya, çirkin təbliğat bizi haqq yolumuzdan döndərə bilməz. Bu gün dünya Azərbaycan həqiqətlərini qəbul etmək məcburiyyətindədir. İşğaldan azad olunan ərazilərdə aparılan quruculuq işləri, müşahidə olunan canlanma, oraların gülüstana çevrilməsi dünya dövlətlərini, beynəlxalq təşkilatları bir daha düşündürməlidir. Biz xarabalığa çevrilmiş ərazilərə həyat bəxş edirik, orada yaşıllıq salırıq, gözəllik yaradırıq.

Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaq. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük. Prezident İlham Əliyevin Laçına səfəri Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin növbəti nümayişi kimi də yadda qaldı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan ordusu ölkəmizin suveren hüquqlu sərhədlərini qorumaq gücündədir.


Anar Məmmədov
Xətai Rayonu İcra Hakimiyyətinin, Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər