Sizin Reklam Burada

“Laçın Şəhəri Günü” bayram tədbirinin keçirilməsi azərbaycanlıların tarixi haqqıdır

“Laçın Şəhəri Günü” bayram tədbirinin keçirilməsi azərbaycanlıların tarixi haqqıdırBiz dövlət və xalq olaraq 44 günlük İkinci Qarabağ savaşından sonra yeni reallıqlar yaratmağa və tarix yazmağa davam edirik. 30 il sürən erməni işğalının bitməsindən sonra ən yeni tariximizdə ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərimizin şəhər günlərini qeyd etməyə başlamağımız da yeni reallıqlar yaratmağımızın bir tərkib hissəsidir. Bəli, 26 avqust tarixində Laçın şəhərində, Həkəri çayının sahilində yaradılmış bulvarda “Laçın Şəhəri Günü” bayram tədbirinin keçirilməsi azərbaycanlıların tarixi haqqıdır.

Prezident İlham Əliyevin sözügedən bayram tədbirində çıxışı zamanı qeyd etdiyi kimi laçınlılar 31 ildən sonra öz doğma yurdlarına qayıdıblar və artıq burada yaşayırlar. Biz öz doğma torpağımızda qürurla yaşayırıq. Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. Bu, doğrudan da hər bir azərbaycanlının qürur duyduğu anlardır.

Dövlətimizin başçısı çıxışında bir sıra önəmli tarixi və strateji məqamları vurğuladı. İşğalçı ermənilərdən fərqli olaraq Azərbaycan xalqının qurub-yaradan xalq olduğunu məxsusi olaraq vurğulayan Cənab Prezident 30 il davam edən işğal dönəmində dağıntılara məruz qalan Laçın şəhərini cəmi 8 ay ərzində yenidən qurub bərpa etməyimizi, abadlaşdırmağımızı diqqətə çatdırdı. Bu, həqiqətən də həm xalqımızın istedadını, həm də dövlətimizin iradəsini və gücünü göstərir. Eyni zamanda, onu da göstərir ki, bu torpaqların əsl sahibləri məhz bizik.

Prezident Əliyevin bu müqayisəsini ermənilər diqqətlə nəzərdən keçirməli, dərindən təhlil etməli və düzgün nəticələr çıxarıb ibrət götürməlidirlər. Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxlayıb və həmin müddət ərzində ermənilərin bizim torpaqlarımızda yeganə məşğuliyyəti dağıdıcılıq, vandallıq, barbarlıq olub. Bu acı həqiqəti azad edilmiş ərazilərimizə gələn hər bir əcnəbi qonaq da, jurnalist də, diplomat da öz gözləri ilə görür. Çünki erməni vəhşiliyinin, erməni vandalizminin rüsvayçı təzahürləri göz qabağındadır. Onlar Ağdamdan tutmuş Laçına qədər böyük bir ərazidə daşı daş üstə qoymayıblar, qarşılarına çıxan hər şeyi vəhşi qəbilə kimi dağıdıblar, tarixi abidələri məhv ediblər, təbii sərvətlərimizi talayıblar. İşğal nəticəsində təkcə Laçın rayonunda 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

Bütün bunlarla yanaşı, Ermənistan dövləti Laçında və işğal olunmuş digər ərazilərimizdə hərbi cinayət törədərək qanunsuz məskunlaşma aparırdı. Xüsusilə xarici ölkələrdən, o cümlədən Yaxın Şərqdən (Suriyadan, Livandan və s.) erməniləri buraya dəvət edib onları bizim, azərbaycanlıların evlərində yerləşdirirdi. Lakin dünya birliyi isə rəsmi İrəvanın bu hərbi cinayətlərinə göz yumurdu. Ona görə də tarixi ədaləti bərpa etmək və BMT qətnamələrinin yerinə yetirilməsinə nail olmaq üçün bizim müharibə etməkdən, öz haqqımızı savaş yoluyla geri almaqdan başqa bir yolumuz yox idi. Prezident İlham Əliyevin də çıxışında qeyd etdiyi kimi bu müharibə ədalətli müharibə idi. Bəli, biz ədalətli müharibə aparmışıq, biz öz torpağımızda vuruşmuşuq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı da biz heç kimə verən deyilik. Bundan sonra biz öz doğma torpaqlarımızda daim qürurla yaşayacayıq. Laçınlılar da 31 ildən sonra artıq öz doğma kəndlərinə qayıtmağa başlayıblar. Laçınlılar mayın 28-dən etibarən artıq buradadırlar. Artıq 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşıb və ilin sonuna qədər 900 ailə üçün də evlər tam hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm də kənd sakini Laçında yaşayacaq.

Dövlət başçımız haqlı olaraq vurğuladı ki, 44 günlük İkinci Qarabağ müharibəsindəki Qələbəmizin nəticələrini həzm etməyən qüvvələr tərəfindən bu gün Azərbaycana qarşı olduqca güclü təzyiqlər var, lakin bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Çünki haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim tərəfimizdədir.

Bu ilin 23 aprel tarixində Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qoyulması da həm hərbi gücümüzün və siyasi iradəmizin göstəricisidir, həm də bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Cənab Prezident bu məqamı vurğulamaqla “Laçın” sərhəd-buraxılış məntəqəsinin önündə “TIR şousu” təşkil edən Ermənistana da, Qarabağa “humanitar yük” karvanı göndərmək adı altında təxribatla məşğul olan Fransaya da ismarıc göndərdi. Onların nəzərinə çatdırıldı ki, bu gün Azərbaycanla razılaşdırılmadan “Laçın” postundan “humanitar yük”lərin keçirilməsinə cəhd göstərmək beynəlxalq hüquqa qarşı müharibə elan etmək deməkdir.

Bəli, bu gün Ermənistan Fransa ilə birləşərək beynəlxalq hüquqa qarşı açıq müharibə aparır. Bu isə cavabsız qalmamalıdır. Birləşmiş Millətlər Təşkilatlar və bölgədə sülhün bərqərar olmasında maraqlı olan digər beynəlxalq təsisatlar, aktorlar Ermənistan və Fransaya öz yerini göstərməli və onları çirkin siyasi manipulyasiyalara son qoymağa, beynəlxalq hüquqa hörmətlə yanaşmağa məcbur etməlidir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər