Sizin Reklam Burada

Xocalı hamımızı birləşdirən müqəddəs bir məkandır

Xocalı hamımızı birləşdirən müqəddəs bir məkandırPrezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri ictimai rəy baxımından artıq adi bir normaya çevrilib, yaxşı mənada ənənə halını alıb. Lakin dövlət başçısının ötən gün Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərinə səfər etməsi isə sözsüz ki, fərqli bir hadisədir. Prezident və Ali Baş Komandanın sözügedən kəndlərdən fotogörüntülərinin həm Azərbaycanda, həm də Ermənistanda xüsusi maraqla qarşılanmasını da ilk növbədə məhz bu kontekstdən qiymətləndirməliyik.

Dövlət başçımızın Xocalı kəndlərinə səfəri işğalçı Ermənistana və Qarabağdakı erməni separaratçılarına ünvanlanmış siyasi mesajdırsa, Azərbaycan cəmiyyəti üçün müjdədir. Yaxın gələcəkdə baş verəcək müsbət hadisələrin müjdəsidir. Bu onu göstərir ki, rəsmi Bakı tezliklə Qarabağın bütün ərazilərində Azərbaycan yurisdiksiyasını bərpa etmək əzmindədir. Bəli, Xocalının mərkəzi də, Xankəndi də və digər yurd yerlərimiz də lap yaxın perspektivdə Azərbaycanın nəzarətinə keçə bilər.

Mən bu mənada, Xocalı sakinlərinin öz evlərinə qayıtmaq istəklərini nümayiş etdirmələrini də çox normal qəbul edirəm. İşğaldan azad edilmiş digər rayonlarımızın sakinləri kimi xocalıların da öz doğma torpaqlarına qayıdacaqları günü həsrətlə gözləmələri anlaşılandır. Bu, onların qanuni haqqıdır və nə separatçılar, nədəki Rusiya sülhməramlıları bu haqqı əngəlləyə bilməz.

Xocalılarla bərabər, bütün azərbaycanlılar Xocalının mərkəzində Azərbaycanın üçrəngli bayrağının dalğalanacağı günü səbrsizliklə gözləyir. Çünki Xocalı hamımızı birləşdirən müqəddəs bir məkandır, ortaq bir dəyərimizdir. Xocalı bizim həmrəylik şəhərimizdir, milli birlik nöqtəmizdir. Bu da Xocalının və xocalıların qəddar erməni faşizminin törətdiyi amansız soyqırımına, erməni vandalizminə məruz qalmasından irəli gəlir. Məhz bu mənada Xocalının bütün azərbaycanlılar üçün yeri ayrıdır. Ona görə də Cənab Prezidentin Xocalının kəndlərinə səfəri soydaşlarımız tərəfindən böyük rəğbətlə qarşılandı.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər