Sizin Reklam Burada

Qlobal Media Forumun iştirakçıları Şuşaya getdi

Qlobal Media Forumun iştirakçıları Şuşaya getdiAzərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Milli Mətbuat Günü münasibətilə keçiriləcək “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumunun iştirakçıları Füzuli şəhərinə gəliblər.

Avrasiya.net xəbər verir ki, nümayəndə heyətinin təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enib.

Forum iştirakçıları oradan Şuşaya yola düşüblər.

Qeyd edək ki, forumda ümumilikdə 50 ölkəni təmsil edən 120 media subyekti, rəsmi şəxslər, 250-dən çox qonaq iştirak edəcək.

Açılış mərasimindən sonra forum sessiyalarla davam edəcək.

Sessiyalarda isə medianın gələcəyi - rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, mediada investisiya və istehlak tendensiyaları və digər mövzular xarici və yerli mütəxəssislərin iştirakı ilə müzakirəyə çıxarılacaq.

Qlobal forum çərçivəsində, eyni zamanda, bəzi “side event”lərin (paralel tədbirlərin) - sərgi və təlimlərin də keçirilməsi nəzərdə tutulur.

Forum iyulun 23-ü axşama qədər davam edəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər